Bazar, 18 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukrayna hərbçiləri 600 Rusiya dəniz piyadasını məhv edib - Morqlar meyitlərlə doludur...

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 155-ci Əlahiddə Dəniz Briqadasının hissələrini demək olar ki, tamamilə məhv edib. Bu barədə jurnalist Roman Tsimbalyuk məlumat verib.

Onun sözlərinə görə, qarşı tərəfin briqada komandanlığının tələsik qərarları nəticəsində düşmənin dəniz bölmələri məhv edilib.

“İtkilər təqribən 600 ölü və eyni sayda yaralı olub. Eyni zamanda, briqadanın şəxsi heyətinin yemək ehtiyatı və yaşayış imkanı da yoxdur”, - Tsimbalyuk bildirib.

Bu arada Rusiya hərbçiləri artıq Mariupola 100-ə yaxın hava bombası atıb və nəticədə 2187 Mariupol sakini həlak olub.

Bu barədə “Telegram”-da Mariupol Şəhər Şurası məlumat verib.

“İndi şəhərdə blokadada olan 400 min Mariupol sakininə ən böyük təhlükə havadan gəlir. Ona görə də NATO-nun Ukrayna səmasını bağlaması və ya lazımi hava hücumundan müdafiə sistemlərini tədarük etməsi yüz minlərlə günahsız insanı xilas edə biləcək həll yoludur”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gündən etibarən Kiyev vilayətinin İrpen şəhəri jurnalistlərə girişi qadağan edib.

Bu barədə şəhərin meri Aleksandr Markuşin bildirib.

Qeyd olunub ki, şəhər hakimiyyəti amerikalı jurnalistin rusiyalı hərbçilər tərəfindən öldürülməsindən və daha bir fotomüxbirin yaralanmasından sonra belə tədbirlərə əl atıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi

Putinin Bakıya prinsipial səfərindən nələr gözlənilir?

Qayınanasının fotosunu paylaşıb bunları yazdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay