Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin şəhid və qazi övladlarının Bakı şəhərinə səfərləri başa çatdı

Qonaqlar Milli Məclisin inzibati binası ilə yaxından tanış olmuşlar

Nəsimi Rayon İcra Hakimiyyəti və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının birgə reallaşdırdığı layihə əsasında Bakı şəhərində səfərdə olan Türkiyə şəhid və qazi övladları səfər çərçivəsində rayonda keçirilən müxtəlif tədbirlərdə iştirak edir, Bakı şəhərinin tarixi yerləri və muzeyləri ilə tanış olurlar. Qonaqlar səfər çərçivəsində Azərbaycan Respublikasının Milli MəclisHeydər Əliyev Xatirə zalında olaraq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş və hərtərəfli məlumat almışlar. Qonaqlara muzeydəki “BÖYÜK HƏYATIN ASTANASINDA", "QAYIDIŞ: MÜSTƏQİLLİK UĞRUNDA YENİLMƏZ MÜBARİZ", "QURTULUŞ: MÜSTƏQİL DÖVLƏTİN XİLASKARI VƏ QURUCUSU", “AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNACAQDIR" və digər stendlədəki materiallar barədə məlumatlar verildi.

Sonra qonaqlar Milli Məclisin inzibati binası ilə yaxından tanış olmuşlar.
YAP Nəsimi rayon təşkilatının inzibati binasında olan qonaqlara rayon təşkilatının Sədri, Millət vəkili Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının yaranmasından, keçdiyi tarixi yoldan, müstəqil Azərbaycanımızın inkişaf və tərəqqisində YAP-nın rolundan geniş danışaraq, Ulu öndər Heydər Əliyev tərəfindən yaradılan partiyanın bu gün aparıcı bir qüvvə olduğunu xüsusi qeyd edərək partiyanın cəmiyyətdəki nüfuzu barədə məlumat verdi.
Respublika Velotrekində olan qonaqlar dünyada və Azərbaycanda velosiped idmanının tarixini özündə əks etdirən Velosiped muzeyi ilə tanış olub, Velotrekdə velosipedçilərin məşqini izləyib, həmçinin özlərinin velosiped sürmək bacarıqlarını nümayiş etdiriblər.Velotrekdən qonaqlar xoş təəssüratla ayrılmışlar.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

"Salamat yeri yox idi" - Veteran yerləşdirildiyi psixiatriya xəstəxanasında döyülüb?

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Paris-2024: Azərbaycan taekvondoçusu gümüş medal qazanıb - Yenilənib    

Ən çox oxunanalar