Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Krıma haqq iddia etməsi mümkündürmü?..

Bizim hazırkı məsələmiz Krım olmalıdır. Müharibələr həm məhv edir, həm də ümid gətirir. Krım üçün bu müharibə bir ümid ola bilər...

Arslan Tekin
“Yeniçağ” qəzeti, Türkiyə, 4 aprel 2022-ci il

Putinin Ukraynaya hücumu onun öz vəziyyətini də ortaya qoydu. Qolu qırıq, ayağı yaralı, beyinində də şiş var. Heç kimə meydan oxumaq iqtidarında deyil. Ümid edirəm bu çöküş, bu yorğunluq onu dəliliyə aparmaz və o, nüvə silahının düyməsini sıxmaz.

Uzun illər boyu Rusiyanın güclü ordusundan bəhs edirdilər. Halbuki orus əsgərləri hazırlıqsız, təlimsiz və bacarıqsızdır. Nə üçün vuruşduqlarını belə bilmirlər. Putin artıq öz əsgərlərinə güvənmir, və buna görə də Yaxın Şərqdən muzdlular cəlb edir. O, Əsədə: “Suriyada müxaliflərinizi bombalayan və sizi Dəməşqdə sağ saxlayan mənəm. İndi yardım etmək növbəsi sizdədir”, deyir.

Kremlin sahibi Əsədə: “Mənə yaltaqlıq edirdin. İndi öz əsgərlərini göndər”, deyərək isterik əmrlər verir. Bu da bir reallıqdır ki, Bəşər Əsəd və Kadırov öz sonlarını özləri hazırladılar.

Türkiyə Ukrayna və Rusiyanı balanslaşdırır. Ürəklər Ukrayna ilədir. Çünki məzlum olan ukraynalılardır. 2014-də Rusiya Ukraynada muxtar olan türk torpaqlarını - Krımı ilhaq etdi. Türkiyə bu ilhaqı qəbul etmədi və açıq şəkildə Ukraynanın yanında olduğunu bildirdi.

Biz Krımın üstünə getməliyik. Ruslar Krımı Ukraynaya vermək istəməyəcəklər. Müharibə bu və ya digər şəkildə bitsə də, Krım həmişə Donbasla birlikdə müzakirə olunacaq. 2014-də Putinin əsgərləri Donbassın bir hissəsini işğal etdikdən sonra bu bölgədə sülh qalmadı. Müharibədə minlərlə insan öldü.

İndi isə Putin öz qaydaları ilə Donbasda referenduma gedir. Krımda da referendum elan etmişdi. Rusiyanın Krımda referendum keçirərək yarımadanı öz ərazilərinə qatmasının heç bir dəyəri yoxdur. Çünki Krımda rus mühacirləri məskunlaşdırılıb. Bura onların vətəni deyil.

İkinci Dünya Müharibəsinin sonunda Krım türkləri Mərkəzi Asiya və Sibirə sürgün edildi. Müharibədən sonra deportasiya edilən xalqların hamısı geri döndü, yalnız iki türk qrupuna icazə verilmədi: biri krımlılar, digəri ahıska türkləri idi. Krımlılar da öz torpaqlarını geri almaq üçün böyük mübarizə aparıblar. Bu mübarizədə Ukrayna parlamentinin deputatı, Krım Türk Millət Məclisinin sədri Mustafa Cemiloğlunun xüsusi yeri var. O, həyatının 17 ilini sovet zindanlarında keçirib.

Fikir verdinizmi? Dolmabahçe sarayında Ukrayna və Rusiya tərəfləri üzbəüz oturarkən Mustafa Cemiloğlu ukraynalıların yanında oldu.

Ahıska türkləri geri dönə bilmədilər. Ahıska indi Gürcüstanın sərhədləri daxilindədir. Türkiyə bu məsələyə də daxil olmalı, gürcülərin də razılaşacağı bir formul yaradılmalıdır.

Lakin bizim hazırkı məsələmiz Krım olmalıdır. Müharibələr həm məhv edir, həm də ümid gətirir. Krım üçün bu müharibə bir ümid ola bilər. Ən azı Türkiyə yarımadanın stausunu və türk kimliyini qaytarmaq üçün bir rol oynaya bilər. Əsas məsələ Putinin razı salınmasıdır. Müharibə bitsə və Krım Rusiyanın işğalı altında qalsa, sülh gözləməyin. Ukrayna tərəfi, hətta yerli türklər belə, rusları narahat edən davranışlar sərgiləyəcəklər və Allah bilir, hətta adanı geri almaq üçün silahlı təşkilatlar da yaradacaqlar.

Ukraynada Krımdan başqa dağınıq halda yaşayan yerli türklər də var. 2 milyon insandan söhbət gedir. Onlar da ayrıca partiya yaradıblar. Necə olduqları barədə məlumatımız yoxdur. Ankara yerli türklərlə maraqlanırmı?

Tarixən biz Krımla iç-içə idik. Kommunist hökuməti aramıza sədd qoydu. Türk dünyasının iki ən məşhur iki siması - Qaspıralı İsmayıl bəy (1851-1914) və Çingiz Dağçıdır (1919-2011) krımlıdır. Krımlıların istiqlal mübarizəsində Cəfər Seyidəhməd Krımel (1889-1960) də xüsusi yer tutur. Onların üçü də Türkiyə ilə yaxın idi.

Biz Krıma haqq iddia edə bilərik və bu məsələ bizim qurmlarımız tərəfindən araşdırılmalıdır.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Gülnar Hüseynova Ucarda seçicilərlə görüşüb

Rəqibindən Nəsiman Yaqublunun faciəvi ölümünə reaksiya

Kardioloq ürək üçün ən təhlükəli 7 vərdişi açıqlayıb

BQXK Azərbaycanda saxlanılan Qarabağ separatçılarına baş çəkib

Pakistan sıxılmış qaz almaq üçün Rusiya ilə danışıqlar aparır

Pavel Durov Hüseyn Həsənovla səhər yeməyi yeyib

Azərbaycanda 600-dən çox bal toplayan iki nəfər ali məktəbə qəbul olmayıb

Xərçəng böhranı : ABŞ şirkəti anti-Rusiya sanksiyalarına görə müflis olur...

Ən çox oxunanalar