Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Narkotik bomba və Putinlə dostluq arzusu - Trampın keçmiş müşaviri onun sirlərini açıb

Prezidentliyi dövründə Donald Tramp digər ölkələrdə "narkotik bombası" və hərbi paradlar təklif edib, həmçinin Rusiya prezidenti Vladimir Putinlə dostluğa arxalanıb...

Poliqon xəbət verir ki, bunu Respublikaçıların keçmiş milli təhlükəsizlik müşaviri Herbert Makmaster kitabında yazıb.

CNN yazır ki, general Makmaster əvvəllər keçmiş prezident haqqında mənfi fikirlər söyləməkdən çəkinib, lakin indi onun administrasiyasında işləyən Con Bolton və Con Kellinin ardınca bəzi olayların pərdəarxasını paylaşmağa qərar verib. Onun "Özümüzlə Müharibədə: Trampın Ağ Evində Mənim Turum" adlı kitabı avqustun 27-də işıq üzü görəcək.

Makmaster 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan sonra eks-prezidentə münasibətini dəyişdiyini iddia edir. Onun sözlərinə görə, Trampın "eqo və özünə sevgisi" onu Konstitusiyanı müdafiə etmək və hücumun baş verməsinə icazə vermək andından əl çəkməyə vadar edib.

General bildirib ki, Trampla işləyərkən prezidenti onunla "oynayan" Putinə etibar etməməyə inandırıb. O, prezidenti Kremlin rəhbərinin "dünyanın ən yaxşı yalançısı" olduğuna və "heç vaxt Trampın dostu olmayacağını" inandırmağı öz vəzifəsi hesab edib.

Keçmiş müşavirin sözlərinə görə, Trampın özünə vurğunluğu ona 2016-cı ildə Rusiyanın seçkilərə müdaxiləsi reallığını qəbul etməyə imkan verməyib. Respublikaçı hesab edir ki, bunu etiraf etsə, seçkilərdəki qələbəsini şübhə altına alacaqdı. Bu mövzunun müzakirəsi fonunda prezidentlə müşavir arasında münasibətlər pisləşib.

2018-ci il Münhen Təhlükəsizlik Konfransında Makmaster deyib ki, ABŞ-ın bu iş üzrə bir sıra rus kəşfiyyatçısının qiyabi həbsi Kremlin müdaxiləsinin dönməz sübutudur. Tramp "Twitter" hesabında cavab verib ki, general "rusların seçkinin nəticəsinə təsir etmədiyini söyləməyi unudub".

İki ay sonra Makmaster müşavir vəzifəsini tərk edib və onu Bolton əvəzləyib.

CBS News-a danışan Makmaster əlavə edib ki, o, Trampın bazasının və ətrafındakı insanların heyranlığından asılı olduğuna inanır. General kitabda qeyd edib ki, o zamankı dövlət katibi Reks Tillerson və Pentaqonun rəhbəri Ceyms Mettisin Trampı daim həll edilməli olan fövqəladə vəziyyət kimi görüblər. Respublikaçı bu tendensiyanı bəyəndi və dəstəklədi. Makmasterin sözlərinə görə, Ağ Evdə atmosfer son həddə qədər gərgindir.

O, həmçinin yerli yaraqlıların kimyəvi silahdan istifadə etməsi ilə bağlı xəbərlərə cavab olaraq Trampın Suriya hava bazasına zərbə endirmək qərarını alqışlayıb və Çinə qarşı daha sərt mövqe tutduğuna görə tərifləyib. Makmaster şəxsən 2017-ci il Milli Təhlükəsizlik Strategiyasının hazırlanmasında əli olub. Onun sözlərinə görə, prezident sənədi fantastik adlandırıb və çıxışlarına oxşar ritorika əlavə etməyi xahiş edib.

General ABŞ-ın Əfqanıstanda özəl hərbi şirkətlərdən istifadə etməməsi faktını öz üzərinə götürüb. Trampın ən yaxın müttəfiqi Stiv Bannon bunu etməyi təklif edib. Bununla belə, Makmaster hesab edir ki, Birləşmiş Ştatlar ölkədə daha çox görünən varlığa malik olmaq imkanı əldə edib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Laçın Şəhəri Günü təntənə ilə qeyd ediləcək

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Ən çox oxunanalar