Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan–Özbəkistan sənədlərinin imzalanması mərasimi oldu...

Prezidentlər “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”ni imzalayıb, “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının birinci iclasının Qərarı”nı qəbul ediblər. Müxtəlif qurumlar arasında fəaliyyət planları, protokollar, sazişlər imzalanıb, proqramlar qəbul edilib.

Əminliklə deyə bilərik ki, Özbəkistan və Azərbaycan arasındakı münasibətlər heç vaxt olmadığı səviyyəyə qalxıb. Xüsusilə, Qarabağın işğaldan azad edildikdən sonrakı dörd il ərzində iki ölkənin dövlət və hökumət nümayəndələri arasında əməkdaşlığın bütün sahələrini əhatə edən qarşılıqlı səfərlərin sayı onlarladır. Dövlət başçılarının səmimi dostluq və qardaşlıq atmosferində keçən rəsmi görüşləri də intensiv xarakter daşıyır. Bu da səbəbsiz deyil. İki qardaş ölkəni və xalqları birləşdirən ortaq dəyərlər var.

Poliqon.info

Prezidentlərin mətbuata bəyanatlarında qədim Qarabağ torpağından söz açan Özbəkistan Prezidenti bildirdi ki, Qarabağ inkişaf və tərəqqi diyarına çevrilir. Burada sosial infrastruktur və istehsalat obyektləri fəal şəkildə tikilir, yeni iş yerləri yaradılır, insanların dinc, əmin-aman və xoşbəxt həyata qayıtması üçün bütün tədbirlər görülür. Füzulidə, Şuşada olarkən insanların baxışlarını, tikilmiş infrastrukturu, tunelləri, körpüləri gördüyünü xatırladan dövlət başçısı dedi ki, Özbəkistan gələcəkdə də bu nəcib işdə Azərbaycanı dəstəkləməyə hazırdır. O, sentyabrın 1-də Azərbaycanda parlament seçkiləri, noyabrda Bakı Qlobal İqlim Sammiti keçirələndə hərtərəfli dəstək göstərəcəklərini qeyd etdi.

Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanmasını tarixi məqam saydığını deyən Prezident İlham Əliyev onu iki ölkənin imzalaya biləcəyi ali səviyyəli beynəlxalq sənəd kimi dəyərləndirdi: “Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə münasibətlərimizi, həmçinin bir çox hallarda, regional siyasəti müəyyən edəcək”. Çıxışında Azərbaycanla Özbəkistan arasında son illər genişlənən əməkdaşlıqdan söz açan dövlətimizin başçısı işğaldan azad edilimiş Füzuli rayonunda Özbəkistanın maliyyəsi ilə Mirzə Uluqbəy adına orta məktəbin inşasını qardaşlıq rəmzi, özbək xalqının töhfəsi kimi yüksək qiymətləndirdi. Bu məktəbdə 500-ə yaxın şagirdin təhsil alacağını nəzərə çatdıran Azərbaycan Prezidenti iki ölkə arasında imzalanan yeni sənədlərin əməkdaşlığın daha geniş üfüqlərini müəyyənləşdirdiyini söylədi. Mətbuat üçün açıqlamasında Prezident İlham Əliyev bu gün Özbəkistanın təkcə bölgədə deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik ölkəyə çevrildiyini və buna səmimi-qəlbdən sevindiyini vurğulayaraq, Şavkat Miromonoviçin müdrik siyasətinin son təzahürü kimi özbək idmançılarının Yay Olimpiadasında tarixi uğurunu diqqətə çatdırdı və bundan bütün Türk dünyasının sevindiyini və qürur duyduğunu xüsusi vurğuladı. Həqiqətən də, Mərkəzi Asiyanın yüksək templə irəliyə doğru addımlayan respublikasına çevrilmiş Özbəkistan bütün sahələrdə, o cümlədən idmanda da rekord nailiyyətlərə imza atır. Bir həqiqəti də demək lazımdır ki, Özbəkistanın dünyada gündən-günə artan nüfuzu həm də onun üzvü olduğu Türk Dövlətləri Təşkilatının regionda və beynəlxalq arenada güclənməsini şərtləndirən amillərdəndir. Burada Azərbaycanın da oynadığı önəmli rolu unutmaq olmaz. “Qarabağın dirçəldilməsində biz də iştirak edəcəyik”, “Özbəkistan Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır”. Bu sözləri Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirdi.

Xoş məramlı qardaşlıq jestinə müsbət yanaşdığını bildirən dövlətimizin başçısı bu sahədə də əməkdaşlığın gücləndirilməsinin hər iki tərəf üçün səmərəli olacağına inandığını söylədi.
Prezident Şavkat Mirziyoyev də qeyd etdi ki, indiyədək heç bir ölkə ilə bu cür qısa müddətdə belə müqavilə imzalanmayıb. Özbəkistanın dövlət başçısı bu gün tarix yazdıqlarını və bu tarixin öz təcəssümünü Azərbaycan və Özbəkistan xalqlarının rifahında tapacağına əmin olduğunu bildirdi.

Özbəkistan Prezidenti çıxışında 2025-ci ili iqtisadi əməkdaşlıq ili elan etdiklərini və Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmini iki dəfə artırmaq üçün əsasların olduğunu dedi.

Dövlətimizin başçısı: “İkitərəfli gündəliyi və üçüncü ölkələrə investisiyalarla çıxışı artıracağıq. Qardaş ölkələr, müttəfiqlər kimi inamla, layiqincə, çiyin-çiyinə addımlayırıq və irəliləməyə davam edəcəyik”.-deyə vurğuladı.

Səlim Məmmədov
Abşeron rayonu, Masazır kənd 5 saylı tam orta məktəbin direktoru

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Anar Məmmədovun Londondakı biznesi yenə zərər edib – Təfərrüat

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

II Elizabetin ölümünün əsl səbəbi açıqlandı

Ən çox oxunanalar