Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyənin Baş konsulu: 15 iyul gecəsi Türkiyə-Azərbaycanın həmrəyliyinin gözəl örnəyidir

15 iyul gecəsi yaşananlar Türkiyə-Azərbaycanın həmrəyliyinin, birgəliyinin gözəl örnəyidir...

Bunu "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya bildirib.

O, FETÖ-nün 15 iyul çevriliş cəhdinin qarşısının alınmasını Türkiyənin çağdaş tarixinin dönüş nöqtəsi kimi qiymətləndirib:

“2016-cı il iyulun 15-də FETÖ terror təşkilatı Türkiyə dövlətinə qarşı çevrilişə cəhd etsə də, hörmətli Prezdentimizin çağırışı ilə türk xalqı küçələrə çıxdı və dövlət qurumlarının da dəstəyi ilə bu xain planın qarşısı alındı. Bu, türk xalqının tarixi üçün dönüş nöqtəsi idi. Türk xalqı ilk dəfə bir çevrilişə qarşı bu qədər güclü şəkildə müqavimət göstərdi. Bunun ardınca isə hökumət FETÖ-yə qarşı genişmiqyaslı mübarizəyə başladı”.

Baş konsul FETÖ-yə qarşı mübarizənin bu gün də davam etdiyini, görülən tədbirlər nəticəsində 700 mindən çox şübhəli haqqında hüquqi prosedurlara başlandığını, 100 minə yaxın şəxsin istintaqa cəlb olunduğunu, 125 mindən çox şəxs haqqında məhkumluq qərarı çıxarıldığını vurğulayıb.

“FETÖ sadəcə, Türkiyə üçün deyil, mövcud olduğu ölkələr üçün də təhdiddir. Təssüf ki, bu şəbəkə hələ də bəzi ölkələrdə fəaliyyətini davam etdirir. Amma dövlətimiz dost və qardaş ölkələrin dəstəyi ilə bu mübarizəni xaricdə də davam etdirir. Bir sıra ölkələrdə FETÖ-nün terror təşkilatı kimi tanınmasına nail olmuşuq”, - diplomat qeyd edib.

A.Kaya söyləyib ki, 15 iyul gecəsində Azərbaycan və Türkiyə növbəti dəfə analoqsuz həmrəylik nümayiş etdirib:

Azərbaycan da bu xain çevriliş cəhdinin ilk anlarından etibarən, Türkiyə ilə böyük bir birlik və həmrəylik içində oldu. Cənab İlham Əliyev həmin anda Türkiyəyə dəstəyini ifadə etdi. İndi də bu məsələdə geniş əməkdaşlığımız var.

Sadəcə, FETÖ-yə qarşı deyil, digər terror təşkilatlarına qarşı da işbirliyi qurulub. Buradan bir daha Azərbaycan xalqına, qardaşlarımıza təşəkkür edirik. Türkiyə və Azərbaycan həmişə çətin anlarda bir-birinin yanında olub. 15 iyul gecəsi də buna gözəl bir örnək oldu. İnşallah, birlik və bərabərliyimiz belə də davam edəcək”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Ən çox oxunanalar