Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb - Video

Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan güclü meşə yanğınları artıq tam nəzarət altına alınıb.

"Report"un Muğlaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bölgənin xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə edilən yerlərə intensiv müdaxilələr nəticəsində yanğın tam nəzarət altına alınıb.

Belə ki, iyunun 24-də gecə saatlarından bəri həcminə görə ən iritutumlu Mi-26 tipli helikopterləri Muğladaki müxtəlif yanğın nöqtələrinə 200 tona yaxın su boşaldıb.

Qeyd edək ki, küləyin istiqamətinin və surətinin dəyişməsi nəticəsində genişlənmiş yanğın bölgələrinə 253 yanğınsöndürən maşın, 30-dan çox su tankeri, 46 helikopter və 15 təyyarə olmaqla, ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnikalar cəlb olunub.

Bununla yanaşı, İstanbul, Ankara, İzmir və Antalya başda olmaqla Türkiyənin 22 şəhər və vilayətlərindən xüsusi xilasetmə və yanğınsöndürmə əməkdaşları yanğın baş verən yaşıllıq zolaqlarında soyutma işləri aparır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada başlayan bu ilki yanğınlarda ümumilikdə 4 500 hektar əraziyə ziyan dəydiyini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tabeliyində "BE-200ÇS" tipli amfibiya təyyarəsi də qardaş ölkənin yanğınla mübarizəsinə dəstək verməkdədir.

Dünən müxtəlif koordinatlar üzrə yanğınsöndürmə tapşırıqlarını icra edən Azərbaycanın amfibiya təyyarəsi 120 tondan artıq su boşaldıb. Yerli əhali Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar