Çərşənbə axşamı, 20 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə meşə yanğının əhatə dairəsi genişlənib, Ərdoğan əraziyə gedib - Yenilənib

Türkiyənin Muğla əyalətinin Marmaris rayonunda dünən yerli vaxtla saat 20:00-da başlamış meşə yanğınının əhatə dairəsi genişlənib, Türkiyə Prezoidenti Rəcəb Tayyib Ərdoğan əraziyə gedib.

Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir. Qeyd edilir ki, yanğın güclü küləklə daha da şiddətlənib.

Yanğın bir neçə saat əvvəl qismən nəzarət altına alınsa da, günortadan sonra küləyin sürətinin artması ilə alov daha da güclənib.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu yanğının təxribat nəticəsində baş verib-vermədiyinin araşdırıldığını bildirib, prokurorluq isə araşdırmaya başlanıldığını açıqlayıb.

Qeyd edilir ki, alov bir sıra yaşayış məntəqələri üçün təhlükə yaratmağa başlayıb. Ehtiyat tədbiri olaraq ərazisindəki 20 evdən ümumilikdə 68 nəfər, 29 iri və xırdabuynuzlu mal-qara və digər ev heyvanları, 5 nəqliyyat vasitəsi təxliyə edilib.

Təxminən 250 hektar sahədə davam edən meşə yanğınının söndürülməsinə 20 helikopter və 14 təyyarə və 688 meşə təsərrüfatı işçisi olmaqla, ümumilikdə 1 480 canlı qüvvə iştirak edir. Təyyarələr və helikopterlər tez-tez sıx dumanlı ərazilərə uçur, yanğını dayandırmağa çalışırlar. Aydın, İzmir, Antalya və Dənizli vilayətlərindən bölgəyə əlavə qruplar göndərilib.

Qeyd edilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopterlə yanğın bölgəsinə baxış keçirib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlanın Marmaris rayonunda meşə yanğını bölgəsinə gedib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, dövlət başçısı helikopterdən yanğına havadan və qurudan müdaxilə prosesini izləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Azərbaycan və Rusiya prezidentləri Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar - Yenilənib

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - Yenilənib

Ən çox oxunanalar