Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə və Yunanıstan danışıqları bərpa edir

Yunanıstan və Türkiyə müdafiə nazirləri etimad tədbirlərinə dair görüş təşkil etmək barədə razılığa gəliblər...

Poliqon xəbər verir ki, bu barədə Yunanıstan naziri Nikos Dendias məlumat verib.

"Mən NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində Türkiyənin müdafiə naziri Yaşar Gülər ​​ilə görüşdüm. Biz ikitərəfli münasibətlərimiz, beynəlxalq hüquq və mehriban qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlığımız üçün müsbət atmosferin, ünsiyyət kanallarının və görüşlərin vacibliyini vurğuladıq. Tərəflər etimad tədbirlərinə dair görüş təşkil etmək üçün əlaqə saxlamağa razılaşıblar”, deyə Dendias bildirib.

NATO müttəfiqləri Yunanıstan və Türkiyə ərazi mübahisələrinə görə dəfələrlə silahlı münaqişə ərəfəsində olublar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin mayında Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə əlaqə saxlamaqdan imtina edib və onu razılaşmaları pozmaqda ittiham edib.

Lakin fevralın 6-da Türkiyədə baş verən dağıdıcı zəlzələdən dərhal sonra Mitsotakis Ərdoğana zəng edərək zəlzələnin nəticələrinin aradan qaldırılması üçün hər cür yardım vəd edib. Öz növbəsində Türkiyə Yunanıstanda baş verən dəmir yolu qəzasından sonra başsağlığı verib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar