Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərimizi ziyarət edib - Foto

Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan xidməti döyüş və sosial-məişət şəraiti ilə tanış olublar...

Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan türkiyəli nümayəndə heyəti Ermənistan silahlı birləşmələrinin işğalından azad edilmiş ərazilərimizi ziyarət edib və burada dislokasiya olunan bölmələrimizdə olublar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qonaqlara işğal zamanı Ermənistan silahlı birləşmələri tərəfindən törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan yenidənqurma işləri haqqında ətraflı məlumat verilib.

Sonra nümayəndə heyəti ərazidə şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər.

Komando və digər hərbi hissələri ziyarət edən türkiyəli nümayəndə heyəti hərbi qulluqçular üçün yaradılan xidməti döyüş və sosial-məişət şəraiti ilə tanış olublar.

Bölmələrimizin arsenalında olan döyüş texnikası ilə tanışlıqdan sonra nümayəndə heyəti, təlim mərkəzində hərbi qulluqçuların nümunəvi çıxışlarını və döyüş hazırlığı məşqlərini izləyib.

Torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin olunması uğrunda döyüşlərdə uğurla iştirak edən hərbi birliklərin keçdiyi döyüş yolu haqqında qonaqlara brifinq təqdim edilib.

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bir qrup ukraynalı hərbçi Kursk istiqamətində təslim oldu - Video

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

DSX-nin üç polkovnikinə "general-mayor" ali hərbi rütbəsi verilib

Neftçala sakinlərinin kabusuna çevrilən “Dinamik Ocean”: Əhalini xəraca bağlayan şirkəti qoruyan kimlərdir?

Almaniyanın ən böyük sənaye konsernində baş vermiş yanğını söndürə bilmirlər

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay