Cümə axşamı, 22 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyə-Azərbaycan iqtisadi münasibətlərinə yenidən baxılsın- İqtisadçıdan təklif

Qubad İbadoğlu: “Bakıdan İstanbula biletin qiyməti İstanbuldan Nyu-Yorka olandan bahadır” ...

Dekabrın 31-dən Ermənistanın türk mallarının idxalına qoyduğu qadağa qüvvəyə minir. 

PİA.az xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, son illər Türkiyədən Ermənistana orta illik idxal 250 milyon dollar ətrafında olub. Ermənıstanın iqtisadiyyat naziri Vaan Kerobyanın mətbuata verdiyi açıqlamaya görə, onlar artıq türk mallarının əvəzedicilərinin hardan alınmasını müəyyənləşdiriblər. Bu Avrasiya İqtisadi İttifaqı, Avropa Birliyi ölkələri, Çin və Gürcüstandır. 

“Qarabağ müharibəsində tutduğu mövqeyə görə Türkiyəyə iqtisadi və siyasi təzyiqlərə məruz qalır. Odur ki, sahibkar olaraq Azərbaycan və Türkiyə arasında iqtisadi ticari əlaqələrimizi və investisiya əməkdaşlığımızı daha da genişləndirməli, istehlakçı olaraq, malların və xidmətlərin alınmasında, online sifarişlərində türk məhsullarına üstünlük verməliyik. 

Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bunun üçün hələ də lazımı mühit yaradılmır, əksinə bu əlaqələrin məhdudlaşdırılması istiqamətində addımlar atılır. Məsələn, Bakıdan İstanbula və geriyə təyyarə biletinin qiyməti İstanbuldan Nyu-Yorka və geriyə uçuşdan bahadır. Yaxud, İstanbuldan Bakıya gələn sərnişinlər Bakıda daha çox gömrük yoxlamalarına məruz qalırlar. Odur ki, təklif edirəm: 

1) Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçirilsin və ticari-iqtisadi mütəffiqliyə dair yeni sənədlər imzalansın.

2) 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanan və bu günlərdə Türkiyə Böyük Millət Məclisində təsdiqlənən Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişin subyektinə daxil olan mal qrupların genişləndirilsin. 

3) Türkiyə və Azərbaycan arasında ticarət asanlaşdırılmasına və təşviq edilməsinə, mallar üzrə tariflərin azaldılmasına və ya ləğv olunmasına, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunmasına dair yeni saziş imzalansın. 

4) Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında swap (ikili bir valyuta mübadiləsi) sazişi imzalansın. 

5) Türkiyədən idxalla məşğul olan şirkətlər dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində türk mallarına 1 həftəlik güzəşt kampaniyası keçirsin. 

6) İstehlakçılar ştrix kodu 869-la başlayan türk mallarının alışına üstünlük versin”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Rusiya vətəndaşı olmaq üçün qaydalar sərtləşdirilir: Nikahla bağlı yeni təklif

Ronaldonun "YouTube" kanalı abunəçi sayına görə bir neçə rekorda imza atıb - Yenilənib

Ödəmə terminalından səhvən başqasının hesabına göndərilən pul necə geri alına bilər? - Video

Fəzail İbrahimlinin təşviqat kampaniyasını uğurla davam edir

Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - Yenilənib

"Deyirlər ki, onsuz da Heydər Əsədov seçilib də..." - Şirvanda namizədlər arasında qalmaqal

Kişilər və qadınlar ən çox hansı yaşda aldadırlar?

Ən çox oxunanalar