Çərşənbə, 15 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampın alovlandırdığı atəş - ABŞ-da faşizm küçələrə tökülüb...

Qarşıdakı dövrdə parlamentdəki qütbləşmə ilə birlikdə narahat və ümidsiz halda qalan kiçik kapitalistlərin qəzəbi faşist hərəkatının çiçəklənməsinə kömək edəcək...

Ergin Yıldızoğlu
“Cumhuriyet” qəzeti, 17 dekabr 2020-ci il

Hitler hakimiyyətə gəldiyi zaman “indi onun əsl üzü ortaya çıxacaq, bir daha seçkidə qalib gələ bilməz”, deyə düşünənləri tarix ən ağır şəkildə məyus etdi. Bənzər bir yanaşma indi ABŞ-da Demokratlar Partiyası sıralarında, liberal ziyalılar arasında formalaşır: “Tramp seçkilərdə məğlub oldu, indi tədricən təsirini itirəcək”. Görünür, tarix bu nikbin yanaşmanı da inkar edəcək.

Faşist hərəkat dağılmır

Tramp heç bir dəlil olmadan “seçkiləri oğurladılar” deməyə davam edir. 50-dən çox yerli məhkəmə onun iddialarını rədd edib. Bu günləri düşünərək mühafizəkar hakimlərlə doldurduğu Ali Məhkəmə irəli sürülən iddiaları Tramp və tərəfdarlarının gözləntilərinə zidd olaraq heç dəyərləndirməyə də götürməyib. Beləliklə, seçki nəticələrinin dəyişdirilməsi ilə bağlı hüquq yolları bağlandı. Bazar ertəsi günü “seçici nümayəndələr” səslərini verdilər və Baydenin prezidentliyi dəqiqləşdi.

Senat qərar versə, seçki nəticələrini ləğv edə bilər. Lakin Respublikaçılar Partiyasındakı çoxluq Trampdan qorxsa belə, çevriliş mənasına gələn bir qərarın Senat tərəfindən qəbul edilməsi ehtimalı olduqca azdır. ABŞ-da yeni prezidentin seçilməsi prosesi qanuni və inzibati baxımdan başa çatıb.

Ancaq bu durum faşist hərəkatı zəiflətməməklə yanaşı, üstəlik qətiyyətini də artırmış kimi görünür. Tramp da “kimin daha cəsarətli olduğu artıq bəlli olacaq”, “ölkəmizi qanunsuz bir prezidentə buraxmayacaqğıq” kimi “Twitter” mesajları yazmağa davam edir.

Faşist qruplar bir müddətdir ki, Arizona, Kolorado, Corciya, Kentaki, Minesota, Vermont Viskonsin kimi bir çox ştatlarda küçə nümayişləri təşkil edir, seçki məmurlarını, bütün yerli hökumət nümayəndələrini Respublikaçı-Demokrat fərqi qoymadan təqib edir və ölümlə hədələyirlər. Pensilvaniya Senatının qrup rəhbəri, Respublikaçı Kim Uord məsələ ilə bağlı “New York Times”a açıqlama verib: “Seçki nəticələrini ləğv etmək cəhdlərini dəstəkləməsəm, evimi bombalayacaqlar”.

Bir çox yerdəki Respublikaçı liderlər bu repressiya və təqib hallarını dəstəkləyirlər. Keçən çərşənbə axşamı Arizona Respublikaçı Partiyası rəsmi “Twitter” hesabından tərəfdarlarına sual verib: “Seçki nəticələrini dəyişdirmək üçün canınızı verməyə hazırsınızmı?”

Tramp da bu atəşi get-gedə alovlandırır. Şənbə günü “Proudboys” adlı bir faşist qrupun lideri Ağ Evin içərisinə qonaq kimi getdiyini iddia edərək çəkdirdiyi “selfie”lərini paylaşıb. O əsnada “Proudboys” əsgərləri Vaşinqton küçələrində, anti-faşist qüvvələrlə, yəni polislə döyüşürdülər. Qarşıdurmada 4 nəfər ağır bıçaq zərbəsi ilə yaralanıb, iki polis məmuru xəstəxanaya yerləşdirilib. “Proudboys” sıralarından çıxan atəş nəticəsində bir “AntiFa” tərəfdarı yaralanıb. Toqquşmalar başlamazdan əvvəl Tramp vertolyotlarla həqiqi mənada “Proudboys” izdihamını iki dəfə salamlayıb.

Tək nümunə “Proudboys” deyil. Çox hissəli faşist hərəkatı açıq şəkildə Nasist partiyası və SS qruplaşması yaratmağı, irqi soyqırımı hədəf alan dairələri, Tanrı-din uğrunda mübarizə apardığını düşünənləri əhatə edir və onlar Trampın ətrafından toplanır. Respublikaçılar Partiyası indi Trampın təsiri altındadır. Tərəfdarlarının 70%-i hələ də Demokratların seçkiləri oğurladığını iddia edir. Qısacası, ABŞ-da, “bir proses olaraq faşizm” daxilində partiya-hərəkat-lider anlayışı böyüyür, “seçkiləri oğurladılar”, “kürəyimizdən bıçaqladılar” şüarı ilə 2022-ci il aralıq və 2024-cü il prezident seçkilərinə hazırlaşmağa başlanılır.

İki tendensiya bu prosesin sürətlənəcəyini göstərir. Birincisi, Baydenin Respublikaçılar Partiyasının mövcud vəziyyətini anlamaqda çətinlik çəkdiyi və mülayim (lakin çoxmədəniyyətli) bir hökumət quraraq həm solla, həm də Respublikaçılarla uzlaşmağa çalışarkən, üstəlik qızğın bir Respublikaçı güruhla da üzləşdiyi üçün artıq vaxt itirəcəyi başa düşülür.

İkinci tendensiya isə ABŞ iqtisadiyyatından qaynaqlanır. “Financial Times” qəzetindəki ətraflı bir araşdırmada Covid-19 böhranında kiçik müəssisələrin böyük və orta sahibkarlıq subyektlərinə nisbətən daha ciddi bir “kredit daralması” problemi yaşadıqları, bizneslərini yeniləmək və ipotekalarını daha ucuz kreditlərlə almaq fürsəti tapa bilmədikləri qeyd olunub. Mərkəzi Bankın genişləndirmə siyasətinin təsiri yuxarıda göstərilənlərlə (faşist hərəkatının hər fürsətdə hədəf kimi göstərdiyi qisimlə) məhdudlaşıb və aşağıya nüfuz edə bilməyib.

Qarşıdakı dövrdə parlamentdəki qütbləşmə ilə birlikdə narahat və ümidsiz halda qalan kiçik kapitalistlərin qəzəbi faşist hərəkatının çiçəklənməsinə kömək edəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket: ABŞ faşizm Tramp

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı

Lənkəranda meyiti tapılan qadınla bağlı bəzi təfərrüatlar məlum olub - Yenilənib

Türkiyədə dövlət çevrilişi təhlükəsi - Ərdoğan təcili toplantı keçirib...

Gürcüstanın Baş naziri: ABŞ-nin sanksiyalar söhbəti qeyri-ciddidir

Üç bürcü mayın ortalarında qeyri-adi dəyişikliklər gözləyir

Soyuq may ayında qiyməti ilə “hərarətləndirən” kafelər: Bulvardakı vəziyyət nə zaman düzələcək? - Video

Ağ Ev: ABŞ Gürcüstanla münasibətlərə yenidən baxa bilər

İki dəfə məzarından çıxarılan, ermənilərin binasını yandırdığı Musa Nağıyev - Video

Abşeronda 3 gün öncəqəzaya düşən tələbə ölüb

Ən çox oxunanalar