Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: Cenevrə görüşləri sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır...

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayın 16-da Cenevrədə görüşəcəklər...

Politoloq: “Azərbaycanla Ermənistan arasında dialoq müxtəlif səviyyələrdə intensivləşib”.

“Görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar”.

Bu sözləri politoloq Elxan Şahinoğlu AzərbaycanErmənistan parlamentlərinin sədrlərinin növbəti görüşünü Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, AzərbaycanErmənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan mayın 16-da Cenevrədə görüşəcəklər.Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, Ermənistan nümayəndə heyəti mayın 15-18-də Parlament sədrlərinin VI Ümumdünya Konfransının hazırlıq komitəsinin iclasında iştirak etmək üçün orada olacaq.

AzərbaycanErmənistan arasında parlament əlaqələrinin güclənməsi iki ölkə xalqlarının yaxınlaşmasına bu və ya digər şəkildə töhfə verə bilərmi?

AzərbaycanErmənistan arasındakı baş tutan görüşləri Poliqon-un əməkdaşı politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır”.

Qarşımızda Türkiyə-Yunanıstan münasibətlərinin örnəyinin olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, iki ölkə arasında mübahisə yaradan mövzulara baxmayaraq, Ankara ilə Atina mübahisələri dərinləşdirmək və bununla qarşıdurmanı gücləndirmək əvəzinə ortaq nöqtələr tapmağa imkan verən siyasətə üstünlük verməyə başlayıblar:

Azərbaycanla Ermənistan arasında dialoq müxtəlif səviyyələrdə intensivləşib. İki ölkənin lideri prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında, o cümlədən xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyanla yanaşı parlament sədrlərinin görüşləri də artmaqdadır. AzərbaycanErmənistan parlamentlərinin sədrləri Sahibə Qafarova ilə Alen Simonyan arasında növbəti görüşü Cenevrədə gerçəkləşəcək. Bundan əvvəl parlament sədrləri martın 22-də eyni şəhərdə görüşmüşdülər.

Bu görüşlər sülh və çərçivə sazişinin imzalanması tarixini yaxınlaşdırır. Görüşlərin intensivləşməsinin başqa bir əhəmiyyəti də var, ortam yumşalır, tərəflər bir-birlərinə qarşı sərt ritorikadan çəkinməyə başlayıblar.

Qarşımızda Türkiyə-Yunanıstan münasibətləri örnəyi var. İki ölkə arasında mübahisə yaradan mövzulara baxmayaraq, Ankara ilə Atina mübahisələri dərinləşdirmək və bununla qarşıdurmanı gücləndirmək əvəzinə ortaq nöqtələr tapmağa imkan verən siyasətə üstünlük verməyə başlayıblar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay