Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Trampa seçkilərdə iştirak etmək qadağan oluna bilər

ABŞ Konqresinin Xüsusi Komitəsi Trampın namizədliyinin qeydə alınmasını qadağan etməyi tövsiyə edib...

PİA.az xarici mətbuata əsasən xəbər verir ki, 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumu araşdıran ABŞ Nümayəndələr Palatasının Xüsusi Komitəsi Konqresə keçmiş prezident Donald Trampın növbəti prezident seçkilərində iştirakını qadağan etməyi tövsiyə edib. Hesabat 6 yanvar hadisələri ilə bağlı çoxsaylı şahidlərin dindirilməsi və sənədlərin öyrənilməsinin nəticələrinə əsasən hazırlanıb. Hesabat ikipartiyalı komitə tərəfindən hazırlanıb və nəşr edilib.

Hesabatda deyilir ki, Tramp və digərləri “2020-ci il prezident seçkilərini ləğv etmək üçün 1887-ci il Seçkilərin Hesablanması Aktını əxlaqsızcasına pozmağa cəhd ediblər”.

Komitə hesab edir ki, Konstitusiyanı müdafiə etmək üçün and içən və sonra 6 yanvar qiyamında iştirak edənlər, istər federal, istərsə də əyalət, mülki və ya hərbi vəzifələrdə işləmək hüququndan müvafiq şəkildə məhrum edilə bilər.

Komitə Trampı ABŞ Ədliyyə Departamentinə rüşvət verməkdə ittiham edir. Bununla da Tramp rəsmiləri saxta ittihamlar irəli sürməyə inandırmağa və 2020-ci il seçkilərinin nəticələrini ləğv etməyə çalışdığə bildirilir. Tramp həmçinin konqresmenlərə, ştat rəsmilərinə və qanunvericilərə öz ştatlarında seçkilərin nəticələrini dəyişmək üçün təzyiq göstərib və sonda tərəfdarlarını Kapitoliyə yürüş etməyə çağırıb.

Bundan əlavə, araşdırmanın nəticələrinə görə, Tramp öz səlahiyyətlərindən istifadə edərək Milli Qvardiyaya iğtişaşları dayandırmaq əmrini verməyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

Azərbaycanda beş seçki dairəsinin adı dəyişdirilib - Siyahı

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

Ən çox oxunanalar