Tovuzda bıçaqlanma olub
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.
Kənd sakini, 1998-ci il təvəllüdlü A.A. mübahisə etdiyi tanışı, 1991-ci il təvəllüdlü Mahmud Məstanovu bıçaqlayıb. Yaralı qarnın kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən gəncin vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
pia.az