Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tərtəri və Bərdəni atəşə tutan erməni polkovnik Şuşakənddə göründü– “Elit” ordusu ilə…

O, son illərdə Tərtər rayonunun hazırda da işğal altında olan Təpəkənd kəndi ərazisindəki “Yexnikner” adlanan “elit” separatçı ordu birləşməsinin komandiri olub…

44 günlük II Qarabağ savaşında Azərbaycan Respublikasının TərtərBərdə şəhərlərini, eləcə də həmin rayonların kəndlərini top və reaktiv yaylım atəşli “Qrad” və “Smerç” raket qurğularından atəşə tutduran erməni polkovniki hazırda Xocalı rayonunun “Şoş” adlandırılmış Şuşakənd kəndindəki dırnaqrası “erməni” kilsəsini bərpa etdirməklə məşğuldur.
Qeyd edək ki, Şuşakənd Şuşa şəhərindən hava xətti ilə cəmi 2 km-ə yaxın məsafədə yerləşir.

PİA.az moderator.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistanın News.am nəşri məlumat yayıb.

Söhbət I və II Qarabağ savaşlarında, eləcə də Aprel döyüşlərində Azərbaycana qarşı döyüşmüş polkovnik “Artsax”ın “milli qəhrəmanı” Karen Calavyandan gedir. O, son illərdə Tərtər rayonunun hazırda da işğal altında olan “Tonaşen” adlandırılmış Təpəkənd kəndi ərazisindəki “Yexnikner” adlanan “elit” separatçı ordu birləşməsinin komandiri olub. 44 günlük müharibə zamanı Tərtər, Bərdə rayon mərkəzləri və yaxın kəndləri, həmçinin Ağdam rayonunun bir sıra kəndləri məhz həmin ərazidən top və reaktiv yaylım atəşli “Qrad” və “Smerç” raket qurğularından atəşə tutulub.

Xatırladaq ki, 2020-ci noyabrın 5-də Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənə endirilən artilleriya zərbələri ilə 10-cu dağatıcı diviziyasının Təpəkənd kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.

10 noyabr 2020-ci il razılaşmasından sonra polkovnik K.Calavyan komandiri olduğu hərbi hissəni Təpəkənd kəndindən çıxarmaqdan imtina edib. Hazırda həmin ərazidə erməni silahlı birləşmələrinin qalıb-qalmaması haqda dəqiq məlumatımız yoxdur…

Onu da xatırladaq ki, hazırda Şuşakənd ərazisindən Azərbaycanın Şuşaya gedib-gələn hərbi və mülki avtomobil karvanları hərəkət edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçmiş diplomatlardan ibarət şəbəkə ifşa olunub - Yeni faktlar

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Politoloq: İranda Pezeşkianla bağlı ciddi problemlər olacaq...

Talıbovlarla bağlı sensasiya - İki deputat mandatını...

Qəbələdə toyda kütləvi zəhərlənmə olub, araşdırma aparılır - Yenilənib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Qoşqar Təhməzli istefa verməlidir – Eyyub Hüseynov

Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - Yenilənib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay