Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman Adıgözəlovun anadan olmasından 70 il ötür

Bu gün Azərbaycanın Xalq artisti Telman Adıgözəlovun anadan olmasından 70 il ötür...

Xatırladaq ki, Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb.

Bunlardan C.Məmmədquluzadənin “Dəli yığıncağı”nda “Zəncirvuran”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan”ında “Daşdəmir”, “Mahnı dağlarda qaldı” tamaşasında “Rəhman”, U.Şekspirin “Maqbet”ində “Flins”, M.İbrahimovun “Közərən ocaqlar”ında “Xanəhməd”, H.Cavidin “İblis”ində “Şeypurçu”, S.Vurğunun “Vaqif”ində “Təlxək”, S.Rəhmanın “Nişanlı qız”ında “Eynəkli kişi”, E.Baxışın “Qədr gecəsi”ndə “Oyunbaz”, Elçinin “Ah Paris…Paris!..” tamaşasında “Əhməd”, “Mənim sevimli dəlim”də “Professor”, R.Novruzun “Hələ “sevirəm” deməmişdilər” tamaşasında “Qumarbaz” obrazlarını göstərmək olar.

İstedadlı aktyor AzTV-də hazırlanmış “Yaşıl eynəkli adam”, “Oradan-buradan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynayıb.
Telman Adıgözəlov 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” və 2006-cı ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında ürək çatışmazlığından vəfat edib.

Aktyorun bir qızı, bir oğlu var.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Baltikyanı ölkələrin XİN başçıları Tbilisidə etiraz aksiyasına qoşulublar - Video

Sabah bəzi ərazilərdə qaz kəsiləcək - Yenilənib    

Bakıda taksi fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reyd keçirilib

Ən çox oxunanalar