Cümə axşamı, 15 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Təhsil Nazirliyi üzərinə düşən yükü qaldırmır” - Kamran Əsədovdan imtahan nəticələrinə şərh

Şagirdlərin biliyinin hər il daha da aşağı düşməsinin səbəbləri nədir və bu geriləmə Təhsil Nazirliyinin iş sistemi ilə bu və ya digər şəkildə əlaqəlidirmi?..

Təhsil eksperti: “Dövlət İmtahan Mərkəzi dövlətin müəyyən etdiyi standartları yoxlayıb. Yəni Dövlət İmtahan Mərkəzi hesab edir ki, istər ənənəvi qaydada, istərsə də pandemiya zamanı şagirdlərdə bu bilik və bacarıqlar formalaşdırılır”.

“Buraxılış imtahanlarında test tapşırıqlarının olduğu sual kitabçasının verilməməsi mənfi haldır”.

Bu sözləri təhsil eksperti Kamran Əsədov keçirilən imtahanların nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Builki buraxılıq imtahanında 92673 nəfər iştirak edib. Onlardan təxminən 23650 nəfər 0-50 bal arası nəticə göstərib. Bu göstərici ilə təhsilimiz, gəncliyimiz haraya gedir? Demək olar ki, hər il imtahan nəticələri aşağı düşür. Şagirdlərin biliyinin hər il daha da aşağı düşməsinin səbəbləri nədir və bu geriləmə Təhsil Nazirliyinin iş sistemi ilə bu və ya digər şəkildə əlaqəlidirmi?

Şagirdlərin nəticələrinin aşağı düşməsinin səbəblərini PİA.az-ın əməkdaşı təhsil eksperti Kamran Əsədov ilə müzakirə edib.

Kamran Əsədov: “Biz buraxılış və qəbul imtahanlarından situasiya tipli sualları çıxarmalıyıq. Çünki qapalı və açıq tipli suallarda biz şagirdlərin biliklərini problemsiz yoxlaya bilərik”.

Təhsil Nazirliyinin şagirdlərin imtahan nəticələrinin yaxşı olmasında maraqlı olmalı olduğunu vurğulayan ekspert bildirib ki, biz bunu görə bilmirik. Nazirlik bir ildən sonra imtahan nəticələrini təhlil edir. Halbuki Təhsil Nazirliyi operativ olaraq hər imtahandan sonra sualları təhlil etməlidir:

“Mart ayında 11-ci siniflər üçün keçirilən imtahanlardan sonra, aprel ayında 9-cu siniflər üçün buraxılış imtahanı başlayıb. Etiraf edək ki, elə ilk imtahan ərəfəsində şagirdlər tərəfindən ciddi narazılıqlar eşidilməyə başladı. Xüsusilə riyaziyyat fənnindən olan sullar, ingilis dilində dinləmə mətnləri şagirdlər tərfindən haqlı narazılıqlara səbəb oldu.

Bildiyimiz kimi 2 ildən çoxdur ki, şagirdlər pandmeiyadan əziyyət çəkilər. Onlar tam şəkildə dərs prosesində iştirak etməyiblər. Bu gün bizim 9-cu sinifdə imtahan verən şagirdlərimiz 2 ildən çoxdur ki, məktəblə o qədər də ciddi təmasda deyillər. Xüsusən də pandemiya dövründə riyaziyyat fənninin tədrisi ilə bağlı problemlər var idi. Yəni onlayn rejimdə bu fənni tədris etmək mümkün deyildi. Mütamadi olaraq da məktəblərimiz qapanmaya gedirdi. Müəllimlər arasında yoluxma olduğuna görə tədris də tam bərpa edilmirdi.

Bütün bunlar tədrisə öz çətinliyini yaratmışdı. Bu da birmənalı şəkildə şagirdlərin imtahan nəticəsində öz təsirini göstərəcəkdi. Amma Dövlət İmtahan Mərkəzi dövlətin müəyyən etdiyi standartları yoxlayıb. Yəni Dövlət İmtahan Mərkəzi hesab edir ki, istər ənənəvi qaydada, istərsə də pandemiya zamanı şagirdlərdə bu bilik və bacarıqlar formalaşdırılır. Amma biz bilirik ki, bölgələrdə şagirdlərin hamısının heç də internetə çıxış imkanları yoxdur.

Kamran Əsədov: “Sual kitabçasını verilməməsini DİM Təhsil Nazirliyi ilə əlaqələndirir. Amma mən bilirəm ki, bu bəhanədir”.

Qeyd edim ki, keçirilən imtahanlarda minuslar istisna olmaqla, pandemiya dövrünün çətinlikləri nəzərə alınmayıb. Hesab edirəm ki, imtahanlara müəyyən qədər individual yanaşmaq lazımdır. 9-cu siniflərin nəticələri onların kolleclərə daxil olmalarına çox ciddi təsir göstərəcək.

Bir məqamı da qeyd edin ki, 11-ci siniflər arasında hələ 90 mindən çox şagird imtahanlarda iştirak edib. Bunlardan cəmi 2 nəfər maksimum nəticə toplayıb. İstər 11, istərsə də 9-cu siniflərə çətinlik yaradan situasiya tipli suallar olub. Şagirdlər daha çox qapalı tipli sualları cavablandıra bilirlər. Amma açıq və situasiya tipli sualların cavablandırılması abituriyentlər tərəfindən faiz olaraq çox aşağıdır. Bu da ciddi bir amildir.

Hesab edirəm ki, biz buraxılış və qəbul imtahanlarından situasiya tipli sualları çıxarmalıyıq. Çünki qapalı və açıq tipli suallarda biz şagirdlərin biliklərini problemsiz yoxlaya bilərik.

Biz illərdi ki, qəbul və buraxılış imtahanlarının nəticələrindən narazıyıq. Buraxılış imtahanlarında test tapşırıqlarının olduğu sual kitabçasının verilməməsi mənfi haldır. Düşünürəm ki, uşaqların yaxşı nəticə göstərməməsi səbəb məhz bu amildir. DİM imtahan zamanı təqdim etdiyi sual kitabçalarını şagirdlərə versə, şagirdlər onun üzərində işləyərlər. Sual kitabçasını verilməməsini DİM Təhsil Nazirliyi ilə əlaqələndirir. Amma mən bilirəm ki, bu bəhanədir. Sual kitabçaları mütləq şəkildə şagirdlərə verilməlidir.

Kamran Əsədov: “Bu gün bizim şagirdlərimiz uğurlarını ancaq hazırlıq kursları və repetitorlar sayəsində əldə edirlər. Bu ciddi məsələdir. Məktəblər öz funksiyasını yerinə yetirmirlər”.

Bu gün Azərbaycan məktəblisi demək olar ki, oxumur. Onlar vaxtlarının çox hissəsini sosial şəbəkələrdə, internet resurslarından keçirirlər. Düzdür, biz pandemiya dövründə onlara komputer verəndə bu nəticələr gözlənilən idi. Amma hesab edirəm ki, mövcud problemin yaranmasının səbəbi məhz bir neçə amillə bağlıdır. Burada DİM də günahı var. Çünki sual kitabçasını vermirlər. Uşaqlar da apellyasiya şikayətində hansı sualdan necə şikayət vermək lazım olduğunu bilmirlər.

Təhsil Nazirliyi də üzərinə düşən yükü qaldırmır. Təhsil Nazirliyi şagirdlərin imtahan nəticələrinin yaxşı olmasında maraqlı olmalıdırlar. Amma biz bunu görə bilmirik. Nazirlik bir ildən sonra imtahan nəticələrini təhlil edir. Halbuki Təhsil Nazirliyi operativ olaraq hər imtahandan sonra sualları təhlil etməlidir.

Bu gün bizim şagirdlərimiz uğurlarını ancaq hazırlıq kursları və repetitorlar sayəsində əldə edirlər. Bu ciddi məsələdir. Məktəblər öz funksiyasını yerinə yetirmirlər. Biz görürük ki, bu gün gənclər daha çox əyləncəyə meyillidirlər. Bu da ciddi problemdir. Hesab edirəm ki, yaxın illərdə imtahan nəticələrinin yaxşı olmasına gətirib çıxarmayacaq. Son illərin nəticələri göstərir ki, məhz tədrisin keyfiyyətinin aşağı olması bu problemləri artırır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata malı kimi talanan İttifaq, satılan "Məhsul" stadionu, ailə biznesi... - Möhbalıyevin "sərgüzəştləri"

Minlərlə hərbiçi, çox sayda texnika - Kursk əməliyyatının təfərrüatları açıqlanıb

Cəlilabadda su quyusuna düşən ata ilə qızının meyiti çıxarılıb - Yenilənib

Seçicilər Ülvi Quliyevlə görüşmək istəmirlər, çünki… 

Prezident Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib - Yenilənib

"Qarabağ"ın play-off qazancı bəlli oldu - Məbləğ

Rafael Hüseynov Rəncbərdə seçicilərlə görüşüb - Fotolar 

Fəzail İbrahimli Göytəpədə seçicilərlə görüşüb - Fotolar 

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay