Bazar ertəsi, 29 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranın Bakıya qarşı aqressiv mövqeyi hansı səbəblərdən dəyişdi?

İranla Azərbaycan arasında gərgin münasibətlərin işgüzar münasibətlərə dəyişməsinin regiona təsirləri necə ola bilər?..

Politoloq: “İndiki halda İranın Azərbaycana qarşı mövqeyinin dəyişməsi bariz şəkildə görünür”.

İranda belə düşünürdülər ki, Azərbaycan müharibədə qələbə qazandığına görə Rusiyanın Cənubi Qafqazda təsir dairəsi zəifləyib, Türkiyənin isə mövqeyi güclənib. Tehran da pozulan balansdan yararlanmaq və Cənubi Qafqazı öz təsir dairəsinə salmaq istəyirdi”.

Bu sözləri politoloq Turan Rzayev Tehranın Bakıya qarşı mövqeyinin dəyişməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Şahin Musayevin İrana səfəri zamanı Xəzər dənizində neft və qaz yataqlarının birgə işlənməsi ilə bağlı ilkin razılıq əldə olunub. Bundan başqa səfər zamanı bir çox məsələlər də müzakirə olunub və belə görünür ki, İran Azərbaycanla hərtərli əməkdaşlığa meyl edir. Ümumiyyətlə son zamanlar İrandan gələn mesajlar onu göstərir ki, Tehran Azərbaycana qarşı aqressiv və ədalətsiz mövqeyini dəyşib.

Tehranın Bakıya qarşı mövqeyinin dəyişməsini hansı geosiyasi və geoiqtisadi səbələrlə izah etmək olar və gərgin münasibətlərin işgüzar münasibətlərə dəyişməsinin regiona təsirləri necə ola bilər? Xüsusən bundan sonra 3+3, Zəngəzur dəhlizi kimi regional layihələrdə İranın Ankara, MoskvaBakı ilə aktiv əməkdaşlığına ehtimal vermək üçün əsaslar varmı?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Turan Rzayev ilə müzakirə edib.

Turan Rzayev: “İran bütün cəbhələrdə təklənəcəyini görüb siyasətini dəyişdi. Sanksiyalar altında olan İranın həm Ruisya ilə, həm də Türkiyə münasibətlərini korlaması bu ölkə üçün fəlakətə çevrilərdi və bunu da Tehranda çox tez anladılar”.

Qərb və ABŞ tərəfindən İrana tətbiq edilən sanksiyaların effektini azaltmaq üçün İranın 3+3 formatında iştirak etməsini məcbur sayan politoloq PİA.az-a bildirib ki, hazırda regional baş verən proseslər də İranı 3+3 formatında iştiraka vadar edir:

“İndiki halda İranın Azərbaycana qarşı mövqeyinin dəyişməsi bariz şəkildə görünür. Şahin Mustafayevin İrana səfəri zamanı əldə edilən razılaşma da bunu sübut edir.

Ümumilikdə isə İranın mövqeyinin dəyişməsinə son hadisələr təsir etdi. Bildiyimiz kimi son aylar İranAzərbaycan arasında ciddi diplomatik krizlər yaşandı. Rəsmi Tehran Azərbaycanın 44 günlük müharibədə qazandığı qələbəni qəbul edə bilmədi. Əslində Tehran Bakının regionda əsas söz sahiblərindən birinə çevrilməsini özünə yediyə bilmirdi. Digər tərəfdən İranda belə düşünürdülər ki, Azərbaycan müharibədə qələbə qazandığına görə Rusiyanın Cənubi Qafqazda təsir dairəsi zəifləyib, Türkiyənin isə mövqeyi güclənib. Tehran da pozulan balansdan yararlanmaq və Cənubi Qafqazı öz təsir dairəsinə salmaq istəyirdi. Bu tarixən belə olub. Tehranın ilk həmləsi isə qalib Azərbaycanı cilovlamaq cəhdi oldu. Lakin gördüyümüz kimi bu cəhd çox uğursuz oldu.

Artıq dövr dəyişib. İndi Azərbaycan, nə müstəqilliyin ilk illərində olan zəif Azərbaycandır, nə də İran əvvəlki qüdrətə sahib deyil. Buna görə də İran etibar etdiyi Rusiyadan belə diplomatik təzyiqlə üzləşdi. Rusiya təbii ki, Qafqaqzdakı əsas rəqiblərindən biri olan İranın əzələ nünayişinə dözə bilməzdi. Bu Qafqazda 200 ildən artıq davam edən balansın pozulmasına yol aça bilərdi və buna görə də Rusiya qeydsiz-şərtsiz İranı geri oturtdu. Eyni zamanda Türkiyənin də Azərbaycanın yanında olması İranı geri addım atmağa vadar etdi. İran bütün cəbhələrdə təklənəcəyini görüb siyasətini dəyişdi. Sanksiyalar altında olan İranın həm Ruisya ilə, həm də Türkiyə münasibətlərini korlaması İran üçün fəlakətə çevrilərdi və bunu da Tehranda çox tez anladılar.

Turan Rzayev: “İranın 3+3 formatında iştirakı bu ölkələrin İrana qarşı olan bir lütfüdür. Əgər İran bunu başa düşməyəcəksə, əminliklə deyə bilərəm ki, İran itirəcək”.

İran 3+3 formatına da isti baxmırdı və İranın yeni nəqliyyat dəhlizləri ilə də başqa planları vardı. Bu planlarda Ermənistanİran əsas oyunçular olaraq görünürdülər. Təbii ki, nə Rusiya, nə Türkiyə, nə Azərbaycan bu planlarla razı ola bilməzdi.

Biz görürük ki, hazırda regionda proseslər İranın planladığı istiqamətdə cərəyan etmir. Lakin Tehranda da yaxşı anlayırlar ki, onların başqa yolu yoxdur. İran artıq bölgədəki mövcud reallıqları digər ölkələr kimi qəbul edib. Buna subut İranın 3+3 formatı müqaviləsini imzalamağa hazırlaşmasını demək olar. Onsuz da İran gec-tez 3+3 formatında iştirak etməlidir.

Onu da qeyd edim ki, İran bu formatda iştirak etməyəcəksə, bundan Ermənistandan başqa regionun heç bir ölkəsi ziyan görməyəcək. İtirən tərəf də elə onlar olacaqlar. Azərbaycan və 3+3 formatında olan ölkələr İransız da bu yola davam edə bilər. İranın formatda iştirakı bu ölkələrin İrana qarşı olan bir lütfüdür. Əgər İran bunu başa düşməyəcəksə, əminliklə deyə bilərəm ki, İran itirəcək. Görünür İran bunu başa düşüb. Buna görə də hazırda bu platformada yer almağı düşünür.

3+3 formatı regional xarakter daşısa da, prinsip etibarilə qlobal mahiyyəti günü-gündən artmaqdadır. Biz artıq bu formata regionların da maraq göstərdiyini deyə bilərik. Ehtimal ki, buna görə də İran Azərbaycanla münasibləri daha da yaxınlaşdırır. Həmçinin də İran iqtisadi baxımdan tənəzzülə doğru getdiyini anlayır. Bildiyimiz kimi Qərb və ABŞ İrana sanksiyalar tətbiq edib. Bu sanksiyaların effektini azaltmaq üçün İran 3+3 formatında iştirak etməyə məcburdur. Hazırda regional baş verən proseslər də İranı 3+3 formatında iştiraka vadar edir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Mustafa Abbasbəyli haradadır? - Səssiz qalmaqla, yaddan çıxmaq istəyir

Seçicilər Kamaləddin Qafarova od püskürdü: Tanımırıq...

Maaşlar bu qədər artacaq - Dəqiq məbləğ açıqlandı

Yunanıstan Türkiyənin dəniz sərhədlərini tanıdı... - İki ölkə arasında “soyuq müharibə” ortadan qalxacaq?

Hacı Məmmədovun bandasındakı şəxs azadlığa buraxıldı

Naxçıvanda seçki: Vasif Talıbov və oğlu yenidən namizəd olacaqlar?

Qəbələdə üç il əvvəl törədilən qətlin üstü açılıb

Məşhur istirahət mərkəzi “Atlant”ın üzərinə həbs qoyulubmuş – Tahir Qədəşov çətin durumda

ABŞ İsraili Beyrutdakı “Hizbullah” hədəflərinə hücum etməməyə çağırıb

Bloomberg: Koreya yarımadasındakı müharibə dünyaya 4 trilyon dollara başa gələ bilər

Ən çox oxunanalar