Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tehranın Bakıya münasibəti dəyişib?...

Məhəmməd Əhədi İranın Azərbaycanla sərhəddə hərbi texnika topladığı iddiasının əsassız olduğunu deyib...

Siyasi-şərhçi: “Son günlərdə Azərbaycan hökümətinin İran rəsmiləri ilə görüşü bir daha bizim qonşular arası dostluq prinsipinə sadiq qalmağımızın göstəricisidir”.

“Çox güman ki, İran rəsmiləri Azərbaycanın artıq gücünü və bölgədəki əhəmiyyətini anlayıb”.

Bu sözləri siyasi-şərhçi Kamran Məmmədli Son günlər İranın Azərbaycana tərəf atdığı addımları Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi İranın Azərbaycanla sərhəddə hərbi texnika topladığı iddiasının əsassız olduğunu deyib.

Demək olarmı ki, Tehranın Bakıya münasibəti dəyişib? Eyni zamanda uzun müddətdir Ermənistanı silahlandıran, ona “dostluq oyunu” sərgiləyən İranın Azərbaycana qarşı aqressiv ritorikası da bəllidir. Bəs bu günlərdə Ermənistanın Azərbaycanla gərginlik yaşayacağı təqdirdə, İran hansı mövqedə dayanacaq?

İranın Azərbaycana və Ermənistana sərgilədiyi mövqeyi Poliqon-un əməkdaşı AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi-şərhçi Kamran Məmmədli ilə müzakirə edib.

Kamran Məmmədli: “XİN-in rəsmisinin “Qarabağ Azərbaycanın bir hissəsidir” sözlərini, eyni zamanda general-mayor Məhəmməd Əhədinin “sərhəddə hərbi texnika toplamırıq” deməsini İranın Azərbaycanla əlaqələrinin yaxşılaşması üçün atdığı addım kimi qiymətləndirirəm”.

Azərbaycanİranın dövlətlərarası qarşılıqlı münasibətlərin yeni siyasi mühitə keçməsininin hər iki dövlət üçün müsbət olacağını düşünən ekspert bildirib ki, Bakı və Tehranı müəyyən maraqlar birləşdirir:

“Bildiyiniz kimi, Azərbaycan daim öz qonşuları ilə xoş münasibətlərin tərəfdarı olub və bunu sona qədər qorumağa çalışıb. İran ilə son zamanlar yaşanan diplomatik böhranın səbəbi də heç zaman biz olmayıb. Bunun səbəbkarı İran olub. Onlar hər fürsətdə istər Azərbaycan ərazisində, istərsə də ölkədən kənarda Azərbaycana qarşı təbliğat aparırdı ,ermənilərə açıq-aşkar dəstək verirdi.

İranın bu əməllərinin qarşılığı isə təbii ki, Azərbaycan tərəfindəndə laiqli şəkildə cavablandırıldı. Son günlərdə Azərbaycan hökümətinin İran rəsmiləri ilə görüşü bir daha bizim qonşular arası dostluq prinsipinə sadiq qalmağımızın göstəricisidir. İran XİN-in rəsmisinin “Qarabağ Azərbaycanın bir hissəsidir” sözlərini , eyni zamanda general-mayor Məhəmməd Əhədinin “sərhəddə hərbi texnika toplamırıq” deməsini İranın Azərbaycanla əlaqələrinin yaxşılaşması üçün atdığı addım kimi qiymətləndirirəm.

Kamran Məmmədli: “Qeyri-stabil vəziyyətin olması nə Azərbaycanın, nə də İranın xeyrinədir”.

Çox güman ki, İran rəsmiləri Azərbaycanın artıq gücünü və bölgədəki əhəmiyyətini anlayıb. Eyni zamanda son dövrlərdə Ermənistan-ABŞ hərbiçilərin birgə təlimi və yaxınlaşması Rusiya ilə bərabər İranıda narahat edir. İran bəlkə də, gec də olsa, Ermənistanın sadiq tərəfdaş olmadığını da başa düşüb. Və yaxud Azərbaycana yaxınlaşmaq adı ilə Ermənistana mesaj vermişdə ola bilər .

Hər bir halda, biz hər iki dövlətlərarası qarşılıqlı münasibətlərin yeni siyasi mühitə keçməsini hər iki dövlət üçün müsbət hesab edirik. Çünki Azərbaycanİranı müəyyən maraqlar birləşdirir. Xüsusilə də iqtisadi, nəqliyyat layihələri önəm kəsb edir. Qeyri-stabil vəziyyətin olması nə Azərbaycanın, nə də İranın xeyrinədir. Eyni zamanda bu “Zəngəzur dəhlizi” məsələsinin həll edilməsində də müsbət rol oynaya bilər. Hər bir halda, İran höküməti əgər etdiyi səhvlərdən nəticə çıxararaq Azərbaycanla münasibətləri normallaşdırmaq istəyirsə, biz buna müsbət yanaşmalıyıq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Yardımlıdan daha bir nəfər deputatlığa namizəd oldu - Foto

Seçicilərdən Kamaləddin Qafarova qarşı üsyan: namizəd ərazidən qovula bilər    

Əvvəl dalaşdılar, sonra barışdılar – Görün, nə qazandılar…    

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Paşinyan Türkiyə ilə sərhəddə yerləşən keçid məntəqəsinə baş çəkib

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

İsrail niyə Yaxın Şərqdə NATO-nun analoquna ehtiyac duyur?

Ən çox oxunanalar