Bazar ertəsi, 19 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarkandan təqdirəlayiq addım

Türkiyənin Elazığ vilayətində baş vermiş zəlzələdə zərər çəkən şəxslərə meqastar Tarkanın rekord məbləğdə gizli şəkildə yardım etdiyi məlum olub...

Sondakika.com xəbər verir ki, Tarkan zəlzələdə zərər çəkənlərə yardım edilməsi üçün yaradılan təşkilata 100 min TL ödəniş edib. Meqastarın bu yardımı bir çox məşhurlardan fərqli olaraq, gizli şəkildə etməsi alqışlanıb.

Hərəkəti ilə böyük rəğbət qazanan Tarkan şəxsi İnstaqram hesabında zəlzələ ilə bağlı qısa paylaşım edib:

“Elazığda baş verən zəlzələ ilə bağlı vətəndaşlarımıza səbr diləyirəm. Dualarımız millətimiz və ölkəmizlədir”.

Qeyd edək ki, Türkiyənin Elazığ və Malatya vilayətlərində 6,8 bal gücündə baş vermiş zəlzələdə 38 nəfər ölüb, 1607 nəfər xəsarət alıb.

Türkiyədə baş vermiş dəhşətli zəlzələdən sonra ölkə şou-biznesinin məşhurları sosial media və digər vasitələrlə yardımlar etməyə başlayıb. TV8-in sahibi Acun İlicalı, Demet Akalın, Hadisə, Murat Boz, Seda Sayan, Haluk Levent və digər məşhurlar yardım kampaniyasına başlayıblar.

pia.az


Etiket: Tarkan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qardaşının hesabına Milli Məclisdə lövbər salan deputat...

Malik Həsənov Lotu Qulinin öldürüldüyü hoteli satıb?

Deputatlığa namizəd Əlibala Məhərrəmzadənin bu çıxışı dindarları qəzəbləndirdi - Video

Bakının 8 rayonu və Abşeronda iki gün su olmayacaq

Maliyyəçi Elnur Rəhimovu “Bakı Tikiş Evi”ndən parlamentə kim və necə daşıyır?..

Mask Kadırova “Cybertruck” “hədiyyə” etməsini şərh edib

Paytaxt sakinlərinin su sınağı: Kimdir günahkar? - Rəsmi açıqlama

Çempionlar Liqası: "Dinamo" - "Qarabağ" oyununun hakimləri müəyyənləşib

Azərbaycan və Rusiya prezidentləri “Bakı Ağ Şəhər”də olublar

Ən çox oxunanalar