Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“TAP və TANAP layihələri vaxtında yekunlaşacaq” - Ekspert

Fikrət Yusifov: “Bu, Azərbaycanı Avropaya daha da yaxınlaşdıracaq”

Azərbaycanın, qardaş Türkiyənin və Avropanın enerji təhlükəsizliyi üçün mühüm önəm kəsb edən Cənub Qaz Dəhlizi və onun mühüm tərkib hissələri kimi TANAP və TAP geosiyasi gündəmdə öz yerini saxlayır. Layihələrlə bağlı gedən işlər, son durum və onların nə zaman başa çatacağı maraq doğurur.

Bununla bağlı fikirlərini aldığımız sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bunları bildirdi: “TAP və TANAP layihələri ilə bağlı son durumu ən yaxşı 9 ayın yekunları ilə bağlı Nazirlər Kabinetinin toplantısında cənab prezident dəyərləndirdi. Ölkə başçısının çıxışında konkret olaraq deyildi ki, bu layihələr üzrə işlər planlaşdırıldığı kimi gedir. Hamıya məlumdur ki, bu ilin mayında Cənub Qaz Dəhlizi layihəsinin açılışı oldu. Ondan bir ay sonra Türkiyədə TANAP xəttinin açılışı oldu. Böyük transmilli və dəyəri 45 milyard olan bu layihənin uzunluğu 3500 kilometrdir, 7 dövlətin 11 iri şirkətin iştirakı aparılır. Artıq layihənin ikinci hissəsi, yəni TAP xəttinin istifadəyə verilməsi qalır. Azərbaycan tərəfin fikri bundan ibarətdir ki, biz plan üzrə nəzərdə tutulan bütün işləri elə aparmalıyıq ki, gələn ilin ortalarından etibarən ”Şahdəniz 2" yatağımızdan qaz Avropaya çatdırılsın. Bu günə olan məlumat, eləcə də apardığım araşdırmalar işin durumu ilə bağlı onu deməyə əsas verir ki, bütün bu layihənin reallaşdırılması qrafiklə nəzərdə tutulmuş vaxtda başa çatdırılacaq. Yaxınlarda Xəzərin hüquqi statusu ilə bağlı illər uzunu aparılan danışıqlara son qoyuldu və konvensiya imzalandı. Ondan öncə də Rusiya və Türkmənistan arasında əldə olunmuş razılığa əsasən Türkmənistan tərəf Xəzər dənizinin dibi ilə öz qaz ehtiyatlarını Avropaya çıxaracaq. Burada da təbii ki, Azərbaycan tərəfi türkmən qazının Cənub Qaz Dəhlizi ilə Avropaya çıxarmaq şansına yiyələndi. Bu da il ərzində 30 milyard kubmetr qazın əlavə olaraq bu xətt vasitəsilə Avropa çatdırılması deməkdir. Gələcəkdə İranİraq qazının da bu xətt vasitəsilə Avropa çatdırılması perspektivi ortadadır".

İqtisadçı ekspertə görə, bütövlükdə xəttin tam reallaşdırılması Azərbaycana siyasi və iqtisadi dividentlər gətirməklə yanaşı, eyni zamanda Avropa üçün böyük əhəmiyyət kəsb edir: “Çünki Avropa qazın bu xəttə yönləndirilməsi ilə bağlı qaz təchizatında ciddi şaxələndirməyə nail olacaq. Ən son yenilik bundan ibarətdir ki, prezident bir məsələ ilə bağlı anons verdi. Dedi ki, biz təkcə qazın, yəni Xəzər qazının Avropaya çatdırılması ilə kifayətlənmək istəmirik, eyni zamanda bu layihə başa çatandan sonra Avropada qazın paylanması prosesində iştirakçı olmaq istəyirik. Bu, artıq Avropadakı infrastrukturda Azərbaycanın iştirakı deməkdir. Qazötürücü yerlərdə Azərbaycanın olması Avropa-Azərbaycan əməkdaşlığını bir qədər də dərinləşdirəcək. Bu tərəfdaşlıqdan tərəf müqabilinə qədər apara biləcək addım olacaq ki, bunun da anonsunu biz ilk dəfədir eşidirik”.

Sabiq nazir TAP layihəsi ilə bağlı işlərin tam başa çatmamasının onun yubanması kimi qəbul edilməsinin əleyhinədir: “TANAP başa çatıb və açılışı olub. Bundan öncə də Cənub Qaz Dəhlizinin Azərbaycan hissəsi başa çatmışdı. İndi qalan TAP xəttidir, yəni Cənub Qaz Dəhlizi layihəsinin üçüncü hissəsi. O da qrafiklə gələn ilin ortalarında istifadəyə verilməlidir. Bu günlər əldə olan məlumatlar, ölkə başçısının verdiyi son bəyanatlar bunu deyir. Yaxınlarda xarici işlər nazirimiz İqtisadi Əməkdaşlıq Təşkilatının Nyu-Yorkdakı tədbirində çıxışı zamanı bildirdi ki, biz 2020-ci ilə qədər ”Şahdəniz" qazının Avropaya çatdırılmasını tam təmin edəcəyik. Bu, artıq o deməkdir ki, gecikmələrə yol verilmir. Bu barədə, ümumiyyətlə, nəsə olduğunu nə görməmişəm, nə də eşitməmişəm. Gecikmə olsaydı, ölkə başçısı müşavirədə bunları deməzdi. İşlər qaydasında gedir və hər şey vaxtında başa çatacaq. Heç də asan gəlməsin, bu, olduqca böyük, qlobal işdir. Çox ağır işdir. Əsrin ən böyük energetika layihəsidir. İndiyə qədər heç vaxt belə layihə olmayıb. Bundan sonra belə, yaxud bundan böyük layihənin olacağını indidən söyləmək mümkün deyil. Bu layihə təsəvvür etdiyimizdən 1-2 ay tez başa çata bilər. Amma bir ay sonra baş çatmayacağı dəqiqdir. Çünki qarşıda çoxlu işlər var və işlər də qrafik üzrə gedir. Elə şeylər var ki, onları tələsdirmək mümkün deyil".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar