Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Bank sektorunun əlavə 5,3 mlrd. manat kredit vermək potensialı var...

Poliqon xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib. O bildirib ki, Mərkəzi Bankın sistem əhəmiyyətli banklar üzrə kapital adekvatlığı tələbi 12%, likvidliklə bağlı tələbi isə 30%-dir. Hazırda rəqəmlər müvafiq olaraq 17,5% və 53%-dir. Yəni, likvidlik səviyyəsi 30%-ə endirilsə və bizim digər tələblərimizə riayət etməklə bank sektoru əlavə 5,3 mlrd. manat həcmində kredit verə bilər. Hesablama bu şəkildə aparılıb.

AMB sədri ümumilikdə bank sektorunun 25 mlrd. manat səviyyəsinə böyümə potensialının olduğunu deyib: "Bankların kapital mövqeyi və borclanma səviyyəsi Mərkəzi Bankın tələbləri nəzərə alınmaqla bank sektorunun böyümə potensialının 25 mlrd. manat olduğunu deməyə əsas verir. Bu potensialın reallaşdırılması üçün bir neçə struktur səbəblər olmalıdır. Bu, təkcə bankdan deyil, iqtisadiyyatdan da aslıdır. Yəni riyazi olaraq göstəririk ki, bank sektorunun əlavə 25 mlrd. manat aktivləri olsa, bu, bizim tələblərimizə uyğundur. Amma bu potensialın hansı müddətə reallaşdırılmasını demək mümkün deyil".

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşıb

"Qarabağ" yoxlama görüşündə qələbə qazanıb

AVRO-2024: İlk yarımfinal görüşü start götürüb

İran Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv ola bilər?

Ən çox oxunanalar