Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

““Şuşa Bəyannaməsi” ilə “Moskva Bəyannaməsi”nin ruhu eyni deyil” - Politoloq

“Moskva Bəyannaməsi” ölkəmizin təhlükəsizlik məsələlərinə, xüsusən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müsbət təsirlərə sahib olacaqmı?..

Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri: “İndi regionda qlobal səviyyədə gərgin müstəvidə davam edən prosesləri düşünəndə Azərbaycanın müəyyən mənada öz problemlərini həll etmək fonunda, həm də təhlükə məsələlərindən sığortalanması üçün belə bir addıma getməsi gözlənilirdi”.

“Bu sənədin daxilində Azərbaycan dövlətçiliyini ciddi mənada təhdid edəcək hansısa ciddi müddəalar yoxdur. Doğrudur, Azərbaycanın maraqlarına uyğun olmayan bəzi məqamlar var. Ancaq bütövlükdə sənəd Azərbaycanın maraqları kontekstində yazılmış bir sənəddir”.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Moksvaya səfər edərək Rusiyalı həmkarı Prezident Vladimir Putinlə təkbətək görüş keçirdi. İlham Əliyevin öz sözlərinə görə bu səfər onun üçün “xüsusi önəm” daşıyırdı. İki dövlət başçısının görüşünün əsas səbəbi isə qarşılıqlı müttəfiqlik haqqında bəyanatın sənədinin qəbulu ilə bağlı idi.

4 saat çəkən təkbətək görüşdən sonra isə prezidentlər “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzaladılar.

Yeni sənədlə bağlı maraqlı məqam ondan ibarətdir ki, hər iki ölkənin yerli mətbuatında sənədin mahiyyəti və məqsədi barədə əvvəlcədən heç bir məlumat verilməmişdi.

Qeyd edək ki, Azərbaycan ötən ilin yayında Türkiyə ilə birgə müttəfiqlik haqqında “Şuşa Bəyannaməsi” imzalayıb və Rusiya ilə imzalanan sənəd ikinci belə bir bəyannamə oldu.

Bəs AzərbaycanRusiya prezidentləri arasında imzalanan Moskva Bəyanaməsini ümumi olaraq necə dəyərləndirmək olar? “Moskva Bəyannaməsi” “Şuşa Bəyannamə”sindən nəylə fərqlənir və bu Bəyannamə Azərbaycanın maraqlarını təmin edirmi? Ümumiyyətlə Moskva Bəyannaməsi bu ağrılı geosiyasi kataklizmlər dönəmində ölkəmizin təhlükəsizlik məsələlərinə, xüsusən də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına müsbət təsirlərə sahib olacaqmı?

Moskva Bəyannamə”sini PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: ““Şuşa bəyannaməsi” hansısa siyasi və geosiyasi maraqları özündə ehtiva edən bir sənəd deyil. “Şuşa bəyannaməsi” bir qardaşlıq sənədidir və mənəvi bağlarla bir-birinə bağlıdır”.

İmzalanan sənədin ümumilkdə normal olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, əgər Rusiya ilə bağlanan bu ittifaq sənədi qısa müddət ərzində nəticələrini Ermənsitan-Azərbaycan sərhədlərinin müəyyənləşməsində, “Zəngəzur dəhlizi”nin açılması məsələsində, erməni qoşunlarının Qarabağdan çıxarılmasında Azərbaycanın ədalətli maraqları kontekstində özünü göstərəcəksə, bu sənədi ancaq alqışlamaq olar. Yox əgər göstərməyəcəksə, bu sənədin Azərbaycan ictimaiyyətinin nəzərində heç bir dəyəri olmayacaq:

“İndi regionda qlobal səviyyədə gərgin müstəvidə davam edən prosesləri düşünəndə Azərbaycanın müəyyən mənada öz problemlərini həll etmək fonunda, həm də təhlükə məsələlərindən sığortalanması üçün belə bir addıma getməsi gözlənilirdi. Çünki bu spontan olaraq baş verən bir hadisə deyil. Ötən il noyabr ayının 26-da Azərbaycan, Ermənistan, Rusiya rəhbərliyinin Soçidəki görüşündən sonra dekabr ayında intensiv olaraq Rusiyanın əksər nazirləri Azərbaycana səfər etdi. Müxtəlif nazirliklərdə, yəni iqtisadiyyat, təhsil nazirliklərindən tutmuş digər dövlət qurumlarında görüşlər təyin olundu.

Hiss olunurdu ki, AzərbaycanRusiya arasında əməkdaşlıqla bağlı hansısa bir yeni formatla bağlı sənəd hazırlanır. Bu sənədin bu gün ortaya çıxması mənim üçün o qədər də gözlənilməz olmadı. Amma Azərbaycan mediası və siyasi çevrələri üçün görünür gözlənilməz olub. Bu da heç də Azərbaycan siyasi partiyaları üçün xoş bir hadisə deyil. Yəni hadisələri izləmək və dəyərləndirmək lazımdır.

Bu sənədin daxilində Azərbaycan dövlətçiliyini ciddi mənada təhdid edəcək hansısa ciddi müddəalar yoxdur. Doğrudur, Azərbaycanın maraqlarına uyğun olmayan bəzi məqamlar var. Ancaq bütövlükdə sənəd Azərbaycanın maraqları kontekstində yazılmış bir sənəddir. Orada bir məqam Azərbaycanın maraqlarına uyğun deyil. O da siyasi müttəfiqlik fonunda hər iki dövlətin maraqlarının və xarici siyasətinin beynəlxalq aləmdə müdafiə edəcəkləri ilə bağlı olan müddəadır.

Natiq Miri: “Rusiyanın sabahkı davranışlarını kimsə proqnoz edə bilmir. Dünən Gürcüstan, bu gün Ukrayna. Ukraynanın əraziləri işğal edilməkdə davam edir. Belə olan halda Azərbaycan siyasi anlamda Rusiyaya necə dəstək verməlidir?”.

Bu da müttəfiqliyin siyasi fonunda baş verən müddüadır. Amma bu Azərbaycanın maraqlarına uyğun bir müddüa deyil. Çünki Rusiya aqressiv işğalçı dövlətdir. Rusiyanın sabahkı davranışlarını kimsə proqnoz edə bilmir. Dünən Gürcüstan, bu gün Ukrayna. Ukraynanın əraziləri işğal edilməkdə davam edir. Belə olan halda Azərbaycan siyasi anlamda Rusiyaya necə dəstək verməlidir? Azərbaycan bir işğalçı dövləti necə müdafiə etməlidir? Bəyanatda bu cür problemlər var. Yaxud da beynəlxalq təşkilatlarda bu cür işğalçılıq müzakirə predmeti olduğu təqdirdə Azərbaycan Rusiya dövlətini necə müdafiə etməlidir?

Xatırladım ki, Rusiya Ukraynaya 1994-cü ildə ərazi bütövlüyüyn qorunacağı ilə bağlı ABŞBritaniya ilə birlikdə təminat vermişdi. Lakin 2014-cü ildə bu təminat zibil qutusuna atıldı və Rusiya Ukraynanın ərazi bütövlüyünü kobud şəkildə pozdu. İki gün əvvəl isə bunu rəsmiləşdirdi.

3-4 gün öncə Azərbaycan iştirak etdiyi GUAM təşkilatı çərçivəsində Ulraynanın ərazi bütövlüyü və suvrenliyini birmənalı dəstəklədiyi ilə bağlı bəyanata imza atıb. O davranışla bu sənəddə olan müddüa üst-üstə düşmür.

Rusiya kimi dövlətlə bu cür məsələləri uzun müddətli və Rusiyanın istədiyi fonda davam edəcəyi yolverilməzdir, heç mümkün də deyil. Azərbaycan heç vaxt işğal faktına dəstək verə bilməz. Çünki Azərbaycan özü işğala məruz qalan bir ölkə olub. Bu günün özündə bu problemlər hələ də Demokl qılıncı kimi Azərbaycan dövlətinin boynunun arxasından asılıb. Bunu da edən Rusiyadır.

Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qarşılıqlı olaraq təsdiqlənir qəbul olunur. Bu müsbət haldır. Bu müddəa Qarabağın Azərbaycana bütövlükdə transfer olunmasına müəyyən mənada yardımçı ola bilər. Çünli Rusiya artıq birmənalı təsdiq edir ki, Azərbaycanın ərazi bütövlüyü və surenliyi təsdiq olunmalıdır. Ayrıca Azərbaycanın ərazi bütövlüyünə və suverenıiyinə qarşı olan müəyyən ünsürlər olarsa, bu iki dövlət arasında qarşılıqlı yardım olunma məsələsinə çevriləcək. Yəni seperatist rejimi Azərbaycanın əleyhinə hansısa teror fəaliyyəti göstərirsə, bu ünsürlərin zərərsizləşdirilməsi və Azərbaycana təhvil verilməsi prosesi mümkün ola bilər.

Bu müddəanı Qarabağda olan seperatçı rejimə aid etmək olar. Amma bu müddəanın reallaşmasını Qarabağda görəcəyikmi? Bu yöndə şübhələr var. Çünki Rusiya pzünün imza atdığı sənədlərə heç bir zaman hörmət edən bir dövlət deyil. Bu cür problemlər var.

Düşünürəm ki, sənədin nəticələrini biz qısa müddətdə Qarabağda görməyəcəyiksə, bu sənədin Azərbaycan üçün heç bir anlamı olmayacaq. Növbəti dəfə görsənəcək ki, bu sənəd sadəcə Rusiyanın qısamüddətli geosiyasi maraqlarına xidmət etmək üçün hazırlanıb.

Natiq Miri: “Sənədin nəticələrini biz qısa müddətdə Qarabağda görməyəcəyiksə, bu sənədin Azərbaycan üçün heç bir anlamı olmayacaq”.

Şuşa Bəyannamə”asinə görə Azərbaycanın hərbi müttəfiqi Türkiyədir. Doğrudur, Rusiya ilə imzalanan müttəfiqlik sənədində də, hərbi əməkdaşlıq yönündə müəyyən müddəalar var. Amma burada konkret hərbi müttəfiqlikdən söhbət getmir. “Şuşa Bəyannamə”ndə göstərilir ki, hər hansı ölkə hərbi təcavüzə məruz qalarsa, qarşılıqlı olaraq yardım olacaq.

Şuşa Bəyannamə” daha çox dərin inteqrasiyanı özündə ehtiva edir. Ayrıca “Şuşa Bəyannamə” hansısa siyasi və geosiyasi maraqları özündə ehtiva edən bir sənəd deyil. Şuşa bəyannaməsi bir qardaşlıq sənədidir və mənəvi bağlarla bir-birinə bağlıdır. “Şuşa Bəyannamə” ilə “Moskva Bəyannamə”sinin ruhu eyni deyil.

Hər bir halda bir daha qeyd edim ki, əgər Rusiya ilə bağlanan bu müttəfiq sənəd qısa müddət ərzində nəticələrini Ermənsitan-Azərbaycan sərhədlərinin müəyyənləşməsində, “Zəngəzur dəhlizi”nin açılması məsələsində, erməni qoşunlarının Qarabağdan çıxarılması məsələsində Azərbaycanın ədalətli maraqları kontekstində özünü göstərəcəksə, düşünürəm ki, bu sənədi normal qəbul etmək mümkündür. Yox əgər göstərməyəcəksə, bu sənədin Azərbaycan ictimaiyyətinin nəzərində heç bir dəyəri olmayacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

"Qızıl top" mükafatına namizədlərin reytinq siyahısı açıqlanıb

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ən çox oxunanalar