Cümə axşamı, 18 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sürücülərə xəbərdarlıq: Bəzi avtomobillər hər an partlaya bilər

Son illər qazla işləyən avtomobillərin sayında artım müşahidə olunur...

İstər qiymət, istərsə də sərfiyyat baxımından olduqca qənaətcil olan bu maşınlar bir çox alıcı üçün sərfəli hesab olunur. Lakin qazla çalışan mühərrikə malik avtomobillərdə partlayış və yanğın riskləri digərlərinə nisbətən qat-qat daha çoxdur. Texniki qulluq düzgün aparılmadıqda və nasazlıq meydana gəldikdə bu qəbildən olan avtomobillər sözün əsl mənasında potensial partlayıcıya çevrilir. Bəs görəsən qazla çalışan avtomobillərin sürücüləri nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, qaz mühərrikli avtomobillərin alışmasının və partlamasının müxtəlif səbəbləri var:

“Ümumiyyətlə avtomobillər üçün benzindən başqa istifadə olan yanacaqlara alternativ yanacaq vasitələri deyilir. Buna dizel, elektrik və maye qazla işləyən maşınlar aiddir. Qazla işləyən nəqliyyat vasitələrinin özünəməxsus payı var. Eyni zamanda qazla çalışan maşınlar xüsusi diqqət tələb edir. Qazla işləyən maşınlar müdaxilələr olduqda alışa və hətta partlaya bilər. Eyni zamanda yanacaq ötürücüləri mühərrikə düzgün qoşulmadıqda da təhlükə yaranır. Əsasən iqlimi ifrat dərəcədə isti olan ölkələrdə ümumiyyətlə qazla işləyən avtomobillərin istifadəsi təhlükəlidir və qəbul olunmur. Azərbaycan gəldikdə isə, son 5 ildə qazla işləyən maşınlarda hansısa partlayış qeydə alınmayıb. Amma bəzi hallarda alışma və yanma hədisələri özünü göstərir və bu o demək deyil ki, bu cür maşınlar qazla bağlı partlayışdan sığortalanıb”.

Ekspert sürücülərin diqqət etməli olduğu nüanslara aydınlıq gətirib:

“Bu növ maşınlara mütləq şəkildə ciddi nəzarət və vaxtında yoxlanışlar lazımdır. Qazla işləyən avtomobillərin təmiri zamanı usta seçiminə diqqət etmək əsas şərtdir. Bəzən olur ki, ustalar hansısa vacib ehtiyat hissəsini atır və avtomobilə qoşmur. Bu isə özlüyündə qaz sızıntısına və avtomobilin qəflətən alışmasına gətirib çıxara bilər. Qaz mühərrikli maşınlar digərlərinə nisbətən dəhşətli dərəcədə təhlükəlidir. Bu cür maşınlar partladıqda ətrafda faciəvi və dağıdıcı fəsadlar verir. Belə hallarla qarşılaşmamaq üçün mütləq şəkildə avtomobilin texniki baxımına və təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Sürücülərə tövsiyəm odur ki, ümumiyyətlə çalışdıqları qədər digər yanacaq növlərində çalışan avtomobillərə üstünlük versinlər. Düzdü, qaz mühərrikli avtomobillər benzin və dizellə müqayisədə olduqca qənaətcildir, sadəcə onun texniki baxımına həssas yanaşılmalıdır”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Birlikdə özlərini meşədə asan boşanmış qadının və 11 yaş kiçik sevgilisinin fotoları - Video, Yenilənib

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Benzinə görə bu maşınların qiyməti dəyişdi - Maşın bazarında son vəziyyət

Prezident Cəbrayıl, Qubadlı və Zəngilandakı xüsusi nümayəndəsinə müavin təyin edib

Rektorun sahib olduğu mülklərin siyahısı: Universitet, kollec, orta məktəblər, klinika

Prezidentin xüsusi nümayəndəsinin yeni müavini kimdir? - Bioqrafiya

"Birləşdik - 2024" beynəlxalq təlimi başa çatıb - Yenilənib

ABŞ mediası Qarabağ müharibəsini Ukraynadakı münaqişə ilə müqayisə edib

Ən çox oxunanalar