Şənbə, 17 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Surət Hüseynov Milli Qəhrəman adını şantaj yolu ilə almışdı”

Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq Baş nazir Surət Hüseynovun məzar daşı müzakirələrə səbəb olub...

S.Hüseynovun məzar daşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılması etiraz yaradıb. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı rəylər yazılıb, məzar daşının üzərindən bu sözlərin yığışdırılması tələb olunub. Məsələ ilə bağlı Yenisabah.az-a Elçibəy hökumətində dövlət müşaviri postu tutmuş Müsavat başqanı Arif Hacılı danışıb. O, insanların narazılığında haqlı olduğunu bildirib:

"Əslində bu etirazların səbəbi aydındır. Onun qəbri üzərində yazılan yazılara ictimai diqqətin olmasının mənası da bəllidir, çünki Azərbaycan cəmiyyəti 4 iyun qiyamının Azərbaycana hansı ağır , sağalmaz yaralar vurduğunu bilir və bunu səbəbkarının da Surət Hüseynov olduğunu yaxşı bilir. Məzar daşının üstündə yazılanlara ailə üzvləri qərar verir, onlar ora başqa sözlər, məsələn, müxtəlif şeirlər yazdıra bilərdilər. Amma məzar daşları üzərinə yazılan yazılara xüsusi senzura qoymağa ehtiyac yoxdur. İnsanların narazılığı da aydındır və onların dedikləri də həqiqətdir, çünki onun üzərindən Milli qəhrəman adı götürülmüşdü".

A.Hacılı vaxtilə S.Hüseynovun Milli Qəhrəman adını şantaj yolu ilə aldığını qeyd edib:

"Ona Milli Qəhrəman adının verilməsinin hansı şəraitdə baş verdiyini yaxşı bilirəm. Bu, şantaj yolu ilə həll olunmuş bir məsələ idi. Əslində o, Milli Qəhrəman adına layiq olduğu üçün deyil, müəyyən təxribatlar törədəcəyini anons etmək yolu ilə o adı almışdı. Sonra da haqlı olaraq üzərindən Milli Qəhrəman adı götürüldü. Ancaq yenə deyirəm, ailə üzvləri öz yaxınlarının məzarı üzərinə istədikləri fikri yaza bilərlər. Əgər məzarın üzərində yazılanlar svastika, düşmən təbliğatı deyilsə, milli, dini, irqi ayrı-seçkiliyə səbəb olmursa, bu cür yazılara senzura qoymağa ehtiyac yoxdur. Bu çərçivədən kənarda məzar daşının üzərinə hansısa fikir yazdırılırsa, bu, ailə üzvlərinin öz işidir".

Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Xatırladaq ki, S.Hüseynov 1994-cü ildə Milli Qəhrəman adından məhrum edilib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tovuzlu sahibkar: " Bir çarəm qalır, fəaliyyətimi dayandırmaq" - Video

Xalq artisti Cahangir Novruzovun Ankarada 70 illik yubileyi keçirilib

Sırski: Ukrayna ordusu Kursk vilayətində daha 1-3 km irəliləyib

Kəlbəcərdə qardaşları ilə birlikdə itkin düşən Təranə Zeynalovanın qan donduran hekayəsi - Video

"General-mayor" rütbəsi alan Bəhmən Babayev bu məşhur komandirin əmisi oğludur - Foto

Gülnar Hüseynova Yuxarı Şilyan kəndində seçicilərlə görüşüb - Fotolar 

Bakıda və Abşeronda süxurun qanunsuz daşınması faktı aşkarlandı

55 nəfərin zəhərləndiyi toyun keçirildiyi restoran sahibi danışdı

Bayden namizədlikdən imtina etdikdən sonra ilk dəfə Harrislə mitinqdə iştirak edib

Dəniz kənarında batan avtomobili çıxarmaq üçün çağırılan evakuator da batdı

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay