Bazar ertəsi, 08 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Süni intellektli videokamera yaradılıb

ABŞ-ın "Xnor" startapı "sonsuz" avtonom işləmə müddətinə malik süni intellekt sistemli simsiz videomüşahidə kamerasının prototipini hazırlayıb

Günəş enerjisi ilə işləyən qurğu uzun müddət təsviri yaza bilər.

Süni intellekt sistemli kamera tamamilə müstəqildir: batareya və kənar enerji mənbəyi lazım deyil. Aparat bir sıra enerji-effektiv simsiz protokollar ilə (Wi-Fi protokolu enerjini sürətlə işlətdiyinə görə dəstəklənmir) uyğundur ki, bu da bir neçə kilometri əhatə edən radiusda məlumat ötürməyə imkan verir.

Belə ki, məlumatların işlənməsi və təhlili qurğuda həyata keçirilir: "FPGA" mini-çipi və obyektlərin tanınması üçün güclü alqoritm bu işdə kömək edir. Təsvir 320x320 piksel ölçüsündə yazılır. Lakin bu təsvir ölçüsü süni intellektdən hərəkət detektoru kimi istifadə etmək üçün kifayətdir.

"Xnor" startapının hazırlanmasının qiyməti təxminən 10 dollar təşkil edir. Amma startap, hələ ki, kütləvi istehsala hazır deyil: süni intellektli kamera tərəfindən çəkilən kadrların tezliyi qəbul olunan enerjinin həcmindən çox asılıdır. Aydın havada video 32 kb/s sürətlə yazılır, amma qurğuya böyük ölçülü fotoelement quraşdırmaqla bu məhdudiyyəti aradan qaldırmaq mümkün olacaq.(azərtac)

pia.az


Etiket: Videokamera

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Natiq Qasımovun süni intellektlə hərəkətlləndirilən görüntüsü

Dənizdə batan qadını xilas edərkən özü boğuldu

Vilayət Eyvazov qətlə yetirilən zabitin vida mərasimində - Foto

“Müharibə Rusiya dağılanda dayanacaq” - Qritsak

QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi

Ukrayna Rusiyada silah anbarına vurdu - Əhali köçürülür - Video  

Böyük Britaniya yenidən Ukraynaya silah-sursat tədarükü edəcək

Layihə parlamentə göndərildi – “Bozqurd milli simvol kimi tanınsın”

Britaniyanın yeni naziri ilk səfərini bu ölkəyə etdi

Ən çox oxunanalar