Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda evə silahlı hücum edən şəxsin görüntüsü yayıldı - Yenilənib, Foto

Sumqayıtın Corat qəsəbəsində fərdi yaşayış evinə basqın edərək iki nəfəri qətlə yetirməkdə, daha dörd nəfərə ağır xəsarət yetirməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb...

Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, M.Tağıyev hadisə yerinə gedərkən kameraya düşüb və həmin görüntülər cinayətin açılmasında əhəmiyyətli rol oynayıb. Belə ki, hadisə sutkanın qaranlıq vaxtı baş verdiyindən M.Tağıyevi demək olar ki, görən olmayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları yaralıların özünə gəlməsini və onlara atəş açan şəxsin kamera görüntüləri ilə tanış olmasını gözləyib. Bu zaman hadisə yerinə ilk gələnlərdən olan və atası ilə birgə xəsarət alan polis sahə müvəkkili Etibar Sarıyev Müşfiq Tağıyevi tanıyıb. O, kameradakı şəxsin həmin məhəllədə bir qədər aralıdakı evdə yaşadığını deyib.

Bundan sonra polisin həyata keçirdiyi əməliyyatla Müşfiq Tağıyev saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi silah götürülüb.

İlkin araşdırmalar zamanı Müşfiq Tağıyev evinə basqın etdiyi Dağbəyi Fərəcovun İsveçrədə yaşayan oğlu Anar Fərəcovla ədavətinin olduğunu deyib. O, illər əvvəl Anarla arasında münaqişənin olduğunu və onun ölkəyə qayıtmasını öyrəndikdən sonra yaşadığı evə basqın edərək Anarı qətlə yetirmək istədiyini bildirib.

Lakin hadisə vaxtı Anar Fərəcov evdə olmayıb. Nəticədə qapını açan Dağbəyi Fərəcov və səsə çıxan qızı Suzana Karakaş aldıqları güllə yarasından vəfat edib. D.Fərəcovun həyat yoldaşı Tərlan Fərəcova, kürəkəni Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular – polis zabiti Etibar Sarıyev və atası Mehman Sarıyev xəsarət alıb.

Müşviq Tağıyevin əlində silahla kameraya düşən görüntüsünü təqdim edirik:

***

Okytabrın 28-də Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində iki nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə nəticələnən cinayət hadisəsini törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Müşviq Məhəmməd oğlu Tağıyev saxlanılıb. Onlar qonşu olublar.

Xatırladaq ki, silahlı hücumu törədən şəxs 16-cı mikrorayonda yerləşən Corat bağları yaşayış massivində fərdi yaşayış evinə gəlib. Bu zaman əlindəki ov tüfəngi ilə 1985-ci il təvəllüdlü Karakaş Suzannanı və onun atası, 1950-ci il təvəllüdlü Dağbəyi Fərəcovu öldürüb.

Daha sonra isə Suzannanın həyat yoldaşı Serkan Karakaşı və anası Tərlan Fərəcovanı da vurub.

Silah səsinə qonşular hadisə yerinə gəliblər. Bu zaman 1958-ci il təvəllüdlü Mehman Mahmud oğlu Sarıyev, 1990-cı il təvəllüdlü Etibar Mahmud oğlu Sarıyev də xəsarət alıblar.

E.Sarıyev polisdir. Dağbəyi Fərəcovun kafe işlətdiyi bildirilir.

Poliqon.info

 

 


Etiket: Sumqayıt Qətl


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İlham Əliyevdən hərbi xidmətə çağırışla bağlı sərəncam

Ən çox oxunanalar