Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stoltenberq: NATO Ukraynaya hərbiçi göndərmək niyyətində deyil

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı Ukraynaya döyüş hissələri göndərməyi planlaşdırmır...

Poliqon xəbər verir ki, Stoltenberq bu barədə Polşa televiziyasında danışıb.

Qeyd edək ki, bir gün əvvəl ABŞ Dövlət Departamentinin məsləhətçisi Edvard Luttvak “UnHerd” internet portalı üçün yazdığı məqalədə NATO-nun Ukraynaya qoşun yeritməli olacağını yazıb.

Luttvak bildirib ki, Ukraynada “800 mindən biq qədər az fəal əsgər var və onların çatışmamazlığı səbəbindən “Ukrayna qoşunları təkrar-təkrar geri çəkiləcək”. Dövlət Departamentinin rəsmisi iddia edib ki, Britaniya, Fransa və Skandinaviya ölkələri “artıq səssizcə cəbhə xəttindən bir qədər uzaqlaşa çalışacaq həm kiçik elit birliklər, həm də maddi-texniki və dəstək personalı olan hərbi birliklər göndərməyə hazırlaşır”.

"Biz Ukraynaya heç bir döyüş bölməsi göndərmək niyyətində deyilik", deyə Littvakın fikirlərini şərh edən Stoltenberq Polşa televiziyasında bildirib. Baş Katib əlavə edib ki, alyans ölkələri Ukraynaya əsaslı hərbi dəstək verir və təchizatın, xüsusən də hava hücumundan müdafiə sistemlərinin artırılmasına çağırıb.

Xatırladaq ki, fevralın 26-da Avropa İttifaqı liderləri ilə görüşdən sonra Fransa prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukrayna ərazisinə köçürülməsini istisna etməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Bəşər Əsəd Türkiyə ilə barışıq məsələsində irəliləyişin olmadığını açıqlayıb

Azərbaycan Premyer Liqası: "Sabah" evdə qələbə qazanıb

Qarabağ Universitetinin ilk qəbul ilinin göstəriciləri məlum oldu

Rusiya rəsmilərinə "Telegram"da yazışmaları silmək tapşırıldı

Müdafiə Nazirliyi həftəlik icmalını yayıb - Video

Ucqar dağ kəndinin doqquz məzunundan səkkizi tələbə adını qazanıb

Ceyhun Bayramov və iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı olub - Yenilənib

Ən çox oxunanalar