Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreya ordusunu gücləndirir: Kim Çen müxtəlif PUA-la istəyir...

Şimali Koreya lideri Kim Çen In ordusunda hücum, sualtı və kəşfiyyat xarakterli PUA-ların istehsalını və istifadəsini artırmaq qərarına gəlib...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya lideri Müdafiə Elmləri Akademiyasının Pilotsuz Uçuş Aparatları İnstitutuna baş çəkib, burada əvvəlcədən müəyyən edilmiş müxtəlif marşrutlar üzrə uçuşlardan sonra konkret hədəfləri müəyyən edib məhv edən pilotsuz təyyarələrin sınağını izləyib.

Kim Çen In taktiki piyada bölmələri və xüsusi təyinatlılar tərəfindən istifadə üçün daha çox kamikadze PUA istehsalına çağırıb. Bunlar sualtı hücum dronları, həmçinin strateji, kəşfiyyat və çoxməqsədli hücum pilotsuz təyyarələridir.

Bundan əlavə, Şimali Koreya lideri silahlı qüvvələri mümkün qədər tez bir zamanda onlarla təchiz etmək üçün PUA-ların döyüş istifadəsi üzrə əlavə sınaqlar keçirmək istəyir.

"Pxenyan ballistik raketlərin və daha uzun mənzilli nüvə proqramının hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə etdikdən sonra cənuba zərbə endirmək məqsədi daşıyan qısa mənzilli raketlər və ağır artilleriya ilə taktiki döyüş imkanlarını artırıb", deyə məqalədə bildirilir.

Qeyd edək ki, Şimali Koreyada 300-ə yaxın hərbi fabrik var və burada təxminən 500.000 işçi çalışır. İndi bu şəbəkənin həlledici müştərisi var - Rusiya. Bu barədə Cənubi Koreyalı analitik Anjun Kim Defence News nəşrinə yazdığı müəllif məqaləsində qeyd edir.

Şimali Koreyanın növbəti hökmdarı hazırkı diktator Kim Çen Inın qızı Kim Cu Aeni ola bilər. Yonhap Cənubi Koreya kəşfiyyatının məlumatlarına istinadən yazır ki, lakin onun namizədliyi hələ nəhayət təsdiqlənməyib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Azərbaycan və İran XİN rəhbərləri regional məsələləri müzakirə edib

Qadınlara qarşı amansızlığı ilə dünyanı silkələyən, 53 nəfərin qatili olan Andrey Çikatilo

Ən çox oxunanalar