Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Stokholmda Ermənistanın mina xəritələrini verməməsinə etiraz olaraq aksiya keçirilib - Foto

İsveç Krallığının paytaxtı Stokholm şəhərində “SAF”, “Azərbaycan naminə” və “Qarabağ Kultur Cəmiyyəti” işğaldan azad edilən torpaqlarda Ermənistanın basdırdığı minaların xəritələrini Azərbaycana verməməsinə etiraz olaraq aksiya keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, aksiya üçün materialları təmənnasız olaraq Rza Qaracay adlı həmvətənimiz hazırlayıb.

Sergels torg qarşısında gerçəkləşdirilən aksiyada "Ermənistan minalanmış ərazilərin xəritəsini vermir" şüarı qaldırılıb. Pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən aksiyalar fərdi şəkildə keçirilib.

Eyni zamanda SAF-nın təşəbbüsü ilə İsveç parlamentınə Ermənistanın minalanmış ərazilərin xəritəsini verməkdən imtina etməsi barədə məlumat verilib. Bildirilib ki, Azərbaycanın mülki şəxsləri və hərbçiləri Ermənistan silahlı qüvvələrinin işğaldan azad olunan ərazilərdə basdırdıqları minaların partlaması nəticəsində həlak olurlar, yaxud yaralanırlar.


Qeyd olunub ki, 2020-ci ilin noyabrın 10-da Azərbaycan, RusiyaErmənistan liderləri arasında üçtərəfli razılığın əldə olunmasına baxmayaraq, Ermənistanın partlayıcı maddələrin basdırıldığı ərazilərin xəritəsini verməkdən imtina edir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin iki müavini vəzifəsindən azad edilib

Prezident İlham Əliyev  Nərimanov parkının açılışında iştirak edib - Yenilənib

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Politoloq: İran rejimi həmişəki kimi öz ampulasındadır...

Ərəstun Oruclu: Təxminən bir aydan sonra ABŞ-da siyasi gündəm tamamilə fərqli olacaq...

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

Bakıda avtobusda qadınlar əlbəyaxa davaya çıxdı - Video

Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Məmməd Mirzəyev dəfn edilib - Yenilənib

Ən çox oxunanalar