Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şimali Koreyada Kim Çen Inın qızının təsviri olan poçt markası buraxılıb

Şimali Koreya ilk dəfə olaraq Kim Çen Inın Çu E kimi tanınan qızının təsviri olan yeni poçt markalarının dizaynını təqdim edib...

Poiqon.info xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap Xəbər agentliyinin verdiyi məlumatInda bildirilir.

Dizaynları Şimali Koreya Poçt Korporasiyasının saytında yerləşdirilən poçt markalarında ötən ilin noyabrında “Hvason-17” qitələrarası ballistik raketinin sınaq buraxılışında iştirak edən Kim Çen In və qızı təsvir edilib. Saytın məlumatına görə, markalar cümə günü buraxılacaq.

Qeyd olunur ki, Şimali Koreya ilk dəfədir ki, Kim Çen Inın övladının təsviri olan poçt markaları buraxır.

Şimali Koreya liderinin təxminən 10 yaşında olduğu güman edilən qızı ötən həftə Koreya Xalq Ordusunun yaradılmasının 75-ci ildönümü ilə bağlı keçirilən hərbi paradda iştirak edib. Bu, onun Kim Çen Inın varisi kimi hazırlana biləcəyi ilə bağlı şayiələrə səbəb olub.

Yonhap qeyd edir ki, KXDR dövlət mediası son vaxtlar onu “sevimli” və ya “ən sevimli” əvəzinə Kim Çen Inın “hörmətli” qızı kimi xatırlamağa başlayıb. Ehtimal olunur ki, bu, onun statusunun artmasını göstərə bilər.

Bu arada ekspertlər onun Kim Çen Inın varisi olub-olmayacağı barədə mühakimə yürütmək üçün hələ tez olduğunu deyirlər. Lakin onların fikrincə, Pxenyan Kim sülaləsinin Baektusan soyunun nəslindən olan legitimliyini nümayiş etdirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Livanda partlayış nəticəsində 2800 nəfər yaralanıb, 8 nəfər ölüb - Yenilənib

Abxaziyada nələr baş verir? - Rusiya bu ərazini Gürcüstana qaytarır?

Hacıqabul rayonuna yeni icra başçısı təyin olunub - Yenilənib

Salyanın icra başçısı vəzifəsindən azad olunub, yenisi təyin edilib - Sərəncam

Nazir Oqtay Əsədovun xanımını işdən çıxardı

Trampa qarşı ikinci sui-qəsd... - Bu sui-qəsdlərin seçkiyə təsiri hansı səviyyədə ola bilər?

Narin Güranın ölüm səbəbi məlum oldu: Hansı yolla qətlə yetirilib?

Dənizkənarı Bulvar İdarəsinin sabiq sədri həbs edilib 

Bakıda kirayə mənzillər nə qədər bahalaşıb? - Qiymətlər

Azərbaycan və Türkiyənin BRİCS yolundakı əngəl - Hindistan...

Ən çox oxunanalar