Çərşənbə axşamı, 03 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Siciliya mafiyasının əfsanəvi başçısı Matteo Messina Denaro vəfat edib

2023-cü ilin yanvarında həbs edilən Siciliya mafiya başçısı Matteo Messina Denaro 62 yaşında L'Aquila xəstəxanasında vəfat edib...

Poliqon xəbən verir ki, bu barədə ANSA Agentliyi məlumat yayıb. Həkimlər sentyabrın 22-də Denaronun beyninin öldüyünü elan etdilər. O, son kolon xərçənginə görə komaya düşüb.

Agentliyin məlumatına görə, son əməliyyatdan sonra mafiya başçısı ağrıkəsici və sakitləşdirici dərmanlarla müalicə olunub. Denaro komaya düşməzdən əvvəl bəzi ailə üzvləri ilə görüşüb.

Matteo Messina Denaro 26 aprel 1962-ci ildə Siciliyada anadan olub. O, cinayətkar karyerasına D'Ali ailəsinin silahlı mühafizəçisi kimi başlayıb. Onun yaxşı işinə görə ailəsi Denaroya mülk verib. 2001-ci ildə Antonio D'Ali İtaliyanın daxili işlər nazirinin mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə müavini olub və bu, gələcək mafiya başçısına siyasi dairələrdə əlaqələr əldə etməyə imkan verib.

Ümumilikdə, ən mühafizəkar hesablamalara görə, Denaro 50 nəfəri öldürüb. O, şəxsən onun tərəfindən öldürülənlərlə bütöv bir qəbiristanlığı asanlıqla doldura biləcəyi ilə öyünüb. Xüsusilə Denaro, 1992-ci ildə Siciliyada əsas anti-mafiya döyüşçüləri olan magistr hakimləri Covanni Falcone və Paolo Borsellinonun qətllərində iştirak edib və buna görə daha sonra qiyabi məhkum edilib.

1993-cü ilin yayından Denaro polisdən gizlənib. 2006-cı ilin aprelində o, Siciliya cinayətkar təşkilatı Cosa Nostra-nın liderlərindən biri olub. O, 2023-cü il yanvarın 16-da Palermodakı özəl klinikalardan birində İtaliya kəşfiyyat xidmətlərinin keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müşahidəçinin boğazından yapışan Eldar Tağıyev danışdı

Prezident İlham Əliyev Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - Yenilənib

Prezident və birinci xanım Kəlbəcərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışında iştirak ediblər - Yenilənib

Prezident İlham Əliyev və Mehriban Əliyeva Kəlbəcər sakinləri ilə görüşüblər

Bakıda ata imtahanda bal toplaya bilməyən oğlundan polisə şikayət etdi

ABŞ Ədliyyə Nazirliyi Maduronun təyyarəsinin ələ keçirildiyini təsdiqləyib - Yenilənib

Prezident və birinci xanım Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış olublar -Yenilənib

Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Turşu bağlayanların diqqətinə: Ölümə səbəb olur

Ən çox oxunanalar