Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Separatçıların yeni referendum oyunu... - Azərbaycan bunun cavabını necə verməlidir?

Separatçılar dekabrın 22-də rus hərrbiçilərin nəzarətində olan ərazidə “referendum” keçirmək planlaşdırır...

Siyasi-şərhçi: “Ermənilər heç zaman Rusiyadan tam qopmayacaqlar. Çünki dövlət kimi varlıqlarının ondan asılı olduğunu yaxşı bilirlər. İndi də “referendum şousu” ruslara arxayınlaşıb həyata keçirməyə çalışırlar”.

“Erməni həyasızlığını daha çox görməmək üçün elə dekabrın 22-ə qədər antiterror əməliyyatı həyata keçirib, onların “referendum arzuları”nı gözlərində qoymaq lazımdır”.

Bu sözləri siyasi-şərhçi Cavanşir Abbaslı seperatçı rejimin dekabrın 22-də keçirməyə planlaşdırdığı referendumu PİA.az-a şərh edərkən qeyd edib.

Dekabrın 22-də Rusiya hərbçilərinin müvəqqəti nəzarət etdiyi ərazilərdə separatçı rejim qondarma “referendum” keçirəcək. “Hraparak” qəzetinin yaydığı məlumata görə, separatçılar bu istəklərinin gələn ilin yazında keçirməyi düşünürmüşlər. Amma son zamanlar xeyli tələsməyə başlayıblar. Güman edilir ki, bu ilin 20-22 dekabrlarında referendum keçirsinlər, deyə qəzet yazıb. Rusiya qondarma parlamentində seçki məcəlləsində dəyişikliklər edərək Ruben Vardanyanın rejimin başına gətirilməsi gözlənilir.

Bəs Azərbaycanın Qondarma rejimdə Rusiyanın birbaşa təlimati ilə keçirilən seçkilərin keçirilməməsi üçün Laçın dəhlizi bağlanmalı və hərbi əməliyyatlara başlamalı deyilmi?

Separatçıların növbəti referendum oyununu PİA.az-ın əməkdaşı AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı ilə müzakirə edib.

Cavanşir Abbaslı: “Xankəndindəki “referendum” istəyi Paşinyan üçün imitasiya xarakteri daşıya bilər”.

Vardanyanın seçki məcəlləsində dəyişikliklər olunmaqla qondarma rejimin rəhbərliyinə gətiriləcəyini zənn etməyən siyasi-şərhçi PİA.az-a bildirib ki, Arayik Arutyunyan RusiyaErmənistan üçün öz “vəzifəsini” qənaətbəxş yerinə yetirməkdədir:

“Göründüyü kimi, ermənilərin həyasızlığı sərhəd tanımır. Bu da açığı gözləniləndir. Çünki günlər öncə Xankəndində 10-15 min insanın iştirakı ilə mitinq keçiriləndə bu cür təxribatçı hərəkətlərin davam edəcəyini təxmin etmək olardı. Eyni zamanda, Vardanyan Xankəndinənə gələndən sonra bunun boşuna gəliş olmadığını bizlər də, tez-tez ifadə etmişik.

Nə qədər deyilsə ki, Paşinyan iqtidarı Rusiyadan tam qopub, Qərbə meyllənir, bunlar boş söhbətlərdir. Ermənilər heç zaman Rusiyadan tam qopmayacaqlar. Çünki dövlət kimi varlıqlarının Moskvadan asılı olduğunu yaxşı bilirlər. İndi də “referendum şousu”nu ruslara arxayın olub həyata keçirməyə çalışırlar. Hətta günlər öncə belə bir “referendum”un yazda planlaşdırıldığı barədə xəbərlər yayılmışdı. İndi isə, məlum olur ki, separatçılar tez-bazar bu şounu həyata keçirmək eşqinə düşüblər. Sanki nəyəsə tələsirlər.

Düşünürəm ki, bu da təsadüfi deyil. Çünki proseslərin durmadan sülh sazişinə doğru getdiyini onlar da görməmiş deyillər. Paşinyanın artıq sülh sazişini uzatmaq üçün baş vurduğu yollar demək olar ki, tamamilə tükənib. Sülh sazişi imzalanarsa, hakimiyyətini itirmək qoxusunu tam burnunun ucunda hiss edəcəyini yaxşı bilir. Bu baxımdan Xankəndindəki “referendum” istəyi Paşinyan üçün imitasiya xarakteri də daşıya bilər.

Vardanyanın da seçki məcəlləsində dəyişikliklər olunmaqla qondarma rejimin rəhbərliyinə gətiriləcəyini zənn etmirəm. Çünki indiki rəhbər, yəni Arayik Arutyunyan RusiyaErmənistan üçün öz “vəzifəsini” qənaətbəxş yerinə yetirməkdədir.

Cavanşir Abbaslı: “Xankəndində keçirilən istənilən “referendum” və ya “prezident seçkiləri” Azərbaycana qarşı bir təxribatdır və bunun qarşısı dərhal alınmalıdır”.

Burada bir səbəb də rus sülhməramlılarının artıq müddətlərinin 2 ilinin geridə qalmasıdır. Bu baxımdan separatçılar 2025-ci ilin sonuna qədər belə təxribatlarınl davam etdirəcəklərini indidən proqnozlaşdırmaq mümkündür. Xankəndində keçirilən istənilən “referendum” və ya “prezident seçkiləri” Azərbaycana qarşı bir təxribatdır və bunun qarşısı dərhal alınmalıdır.

Düşmənin başı yerindəcə, 44 günlük savaşda olduğu kimi, əzilməlidir. Bunun üçün Azərbaycan Laçın dəhlizini bağlamalı və ən vacibi antiterror əməliyyatarına başlamaq, birdəfəlik bu problemləri kökündən həll etmək üçün hərəkətə keçməlidir.

Biz hər zaman demişik, yenə də deyirik ki, vaxt itirmədən antiterror əməliyyatarına başlamaq lazımdır. Belə bir əməliyyat əvvəl-axır olacaq. Erməni həyasızlığını daha çox görməmək üçün elə dekabrın 22-ə qədər bu əməliyyatı həyata keçirib, onların “referendum arzuları”nı gözlərində qoymaq lazımdır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar