Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sən ölmədin ki...” – Şəhidimizə bacısından ad günü təbriki

Bu gün şəhidimiz Əliyev Pərvin Vüqar oğlunun ad günüdür. Vətən müharibəsinin ilk günlərində düşmənin təcavüzünün qarşısını qəhrəmanlıqla alan Vüqar 23 yaşını doldurdu və təbii ki, bütün şəhidlər kimi əbədi yaşayacaq...

Redaksiyamızın “Whatsapp” ünvanına şəhid Vüqar Əliyevin bacısı Nazilə Əliyevanın qardaşına ad günü təbriki daxil olub. PİA.az müəyyən düzəlişlərlə həmin təbriki təqdim edir:

“Bu gün 23 yaşın oldu qardaşım. Səni təbrik edirəm. Qələbəni bizə dadızdırdığına görə də sənə təşəkkür edirəm.

Sənin artıq olmadığına isə mən inanmıram. Bir ay əvvəl qara xəbərini alan da inanmamışdım, bu gündə inanmıram. Sən varsan və həmişə də olacaqsan. Bunu başqa cür təcəvvür etmək mümkün deyil. Çünki sənin varlığını mən hər yerdə hiss edirəm.

Sən işğaldan azad olunan torpalarımızın üzərində əsən rüzgarsan. Murdar ermənilərin ayaq izlərini torpaqlarımızdan yuyan yağışsan. Sən o torpaqlara düşən toxum kimisən, sabah cücərib artacaqsan. Hər fəsildə cücərib böyüyəcək, bizə nəfəs verəcəksən.

Bilirəm ki, sən ölməmisən. Bilirəm ki, zəfərimizin sevincini yaşayırsan. Bilirəm ki, vüqarla dalğalanan bayrağımızı qürurla öpürsən. Son döyüşə getməmişdən əvvəl öpdüyün kimi...

Ad günün mübarək qardaşım”.

Qeyd edək ki, şəhid Vüqar Əliyev 2020-ci il sentyabrın 28-də ön cəbhədə qəhrəmanlıqla şəhid olub. O, 27 oktyabr 1997-ci ildə Beyləqn rayonu Qəhrəmanlı qəsəbəsində dünyaya gözünü açmışdı...

Şəhidlərə Allahdan rəhmət dilənməz. Çünki Allahın qarşısında biz onların rəhminə sığınırıq. Rəhmini üzərimizdən əskik etmə qəhrəman şəhidimiz!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dərman monopolisti Kəmaləddin Qafarovun yeni mandat planı...

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ermənistanda təhsil və Azərbaycana qarşı ərazi iddaları...

Abdulbari Gozalin qardaşı oğlunun təsis etdiyi şirkətin 16 milyon vergi borcu var

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Bakıda sürücü avtomobili ilə piyadanı vurub qaçdı - Anbaan video

Xaricdə evlənmək istəyən Azərbaycan vətəndaşlarının nəzərinə - Yeni qayda təsdiqləndi

Ən çox oxunanalar