Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sən də vaxtilə kiminsə sevgilisi olmusan” – Nazilədən qalmaqallı sözlər

Şairə Nazilə Səfərli ARB telekanalında aparıcısı olduğu "Ona qalsa" verilişində qalmaqallı fikirləri ilə diqqət çəkib...

Onun canlı efirdə imkansız ailələrə başqasının köməyi ilə yardım edənləri tənqid etməsi birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə tənqid atəşinə tutulan şairə Yenisabah.az-a məsələ ilə bağlı açıqlama verib. O, yardım edənləri tənqid etmədiyini, fikirlərinin yanlış anlaşıldığını bildirib: “Mən yardım edənləri tənqid etməmişəm, sadəcə demişəm ki, yardım edirsinizsə özünüzün olanla edin. Nazilə Səfərli hər dəfə niyə kimlərinsə gözünə batır? Mən yardım edilməsinə qətiyyən qarşı deyiləm, burada pis nə var ki? Mən özüm də yardımlar etmişəm, Nazilə hələ bundan neçə illər öncə bütün cəzaçəkmə müəssisələrinə, uşaq evlərinə gedib. Nazilənin himayəsində neçə-neçə ailələr var. Nazilə 17 ildir övladı olmayan ailəyə Həccə getmək üçün yığdığı pulu verib, həmin ailəni əkiz uşaqlı edib. Zaurun verilişində kar uşaq var idi, ona 2000 dollar yardım etdim. Əgər mən insanlara yardım edənləri qınayası olsaydım özüm bunları etməzdim!”

Şairi deyib ki, ehtiyacı olanlara yardım etmək üçün yarışma başlatmaq yaxşı haldır, çünki buy olla başqalarını da yardıma səsləyirsən: “Mən sadəcə deyirəm ki, özünün nəyin varsa, yardımı onunla et. Bunların hamısı təxribatdır, özünüz də bilirsiniz kim tərəfindən. Mən hər neyləsəm onlar özlərindən bilirlər, çünki mən onlardan çox geridə idim və gəlib onları ötdüm. Sabah çörəyi yarı bölsəm, ayaqqabımı taykeş geysəm yenə onlar özlərindən biləcəklər. Bu gün canlı efirə Kamil Zeynallını da qoşdum, ona təşəkkür etdim. Etdikləri həqiqətən təqdirəlayiqdir. Çıxıb biznesmenlərə, imkanlılara səslənirlər.Biri deyir, “Pullarını özləri, sevgililəri üçün xərcləyiblər”. Biznesmenləri xalq düşməni ediblər. Ay başına dönüm, o “şot” verdiyi sevgilidən biri də vaxtilə sən olmusan da. İndi də başqalarının “şotu” verilir, hədiyyələr alınır. Bəs sənin yaşın ötdükcə səndən sonra gələn gənclərə yer verilir də. Halbuki biznesmenlər nə qədər ailələrə yardımlar ediblər. Göstərmirlər deyə bu o demək deyil ki, onlar heç nə etmirlər. Biri çıxır həmkarına səslənir ki, “filankəs çıxsın yardım etsin”, nəbilim “eşidirsən, mən yardım etdim, çıx sən də et” filan. Düzünü danışaq ki, toylar, xınalar bu virusdan əvvəl də çox deyildi. Hamı yaxşı qazanmırdı. Biz də dünya milyonçusu deyilik. Hərə özünün nəyi varsa, nəyə gücü çatırsa, çıxsın onunla yardım əlini uzatsın. Bir qoyuna gücü çatırsa onu alıb kəssin paylasın, onu göstərsin ki, buna gücüm çatdı bunu da etdim. Elə mən də onları yarımaya səsləyirəm: Gəlin təkbətək yarışaq, kimin nəyi varsa onunla yarışaq, yardım edək! Haqqımda yazılanları heç oxumuram. Mən aparıcıyam, müqavilə imzalamışam, sosial şəbəkələrdə haqqımda yazılanlar cavab verə bilmirəm ona görə".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar