Çərşənbə axşamı, 27 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə “Kalaşnikov” satmaq istəyən şəxs saxlanılıb

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində odlu silah və onun komplekt hissələrini satmaqda şübhəli bilinən rayon sakini Famil İsmayılov saxlanılıb...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şübhəli şəxsin yaşadığı evə baxış keçirilən zaman oradan bir ədəd atəşə yaralı “Kalaşnikov” avtomatı, bir ədəd həmin avtomata məxsus daraq və 13 ədəd 7,62 mm-lik patron aşkar edilib. F. İsmayılov ifadəsində silahı bir müddət əvvəl tapdığını və satmaq məqsədilə saxladığını etiraf edib.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin əməkdaşlarının keçirdikləri digər bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Rəşad Rzayev də saxlanılıb. Şübhəli şəxsin üzərindən və yaşadığı evdən marixuana aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qadınlar həmişə bu bürcün kişilərinə aşiq olurlar - Yaxşı hipnoz edirlər

Azərbaycanda bankların adından fişinq cəhdləri həyata keçirilir

Laçın Şəhəri Günü Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib

Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içirdilər — Video

Tramp ABŞ-ın Ukraynaya görə sursatsız qaldığını deyib

Bakıda bu səfərbərlik idarəsinin rəisi işdən çıxarıldı

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bibiheybət ziyarətgah kompleksini ziyarət edib

Ən çox oxunanalar