Çərşənbə axşamı, 16 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfər Mehdiyevin həbs etdirdiyi gömrük əməkdaşı açlıq aksiyasına başlayıb

Anası: “Bilmirəm, Penitensiar Xidmət müsbət rəy verməsə, necə olacaq”

9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Natiq İmanovun 5 gündür aclıq aksiyası keçirdiyi bildirilir.

Bu barədə onun anası Aygun İmanova Meydan TV-yə məlumat verib.

Aygün İmanovanın sözlərinə görə, sentyabrın 11-də oğlunun cəzasının üçdə ikisi tamam olsa da, onu buraxmırlar:

“Oğluma 5 il vermişdilər, sentyabrda 3 ili tamam olubsa, artıq üçdə ikiyə düşür. Fevralın 1-də oğlumla danışdım, səhhəti yaxşı deyil, mənə dedi ki, mətbuata xəbər ver. Xəzər Rayon Məhkəməsindən mənə dedilər ki, Natiq İmanovun ərizəsi onlara çatıb. Hətta hakim Əkrəm Qəhrəmanovun işə baxacağını söylədilər. Amma Penitensiar Xidmətdən müvafiq rəy olmalıdır, hələ yoxdur. Bilmirəm, Penitensiar Xidmət müsbət rəy verməsə, necə olacaq”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Natiq İmanovun aclıq aksiyası keçirdiyi barədə 2-3 gün əvvəl eşitdiyini bildirib:

“Ancaq hələ aclıq keçirdiyi haqda rəsmi müraciət etməyib”.

Mehman Sadıqov deyir ki, Azərbaycan cinayət qanunvericiliyinə görə cinayətlərin təsnifatı var, az ağır və ictimai təhlükə törətməyən, ağır və xüsusilə ağır cinayətlər. Həmin maddələrə görə də sanksiyalar nəzərdə tutulub:

“Törətdiyi cinayətdən asılı olaraq cəza müddətinin yarısını çəkəndən sonra məhbus vaxtından əvvəl şərti azad edilə bilər, yaxud məntəqə tipli cəzaçəkmə məntəqəsində keçirilər. Bu o demək deyil ki, məhbus cəzasının üçdə ikisini çəkən kimi məhkəmə yoluyla dərhal azad olunmalıdır. Yəni bu məhkumun imkanıdır, hüququ deyil. Məsələ ondadır ki, məhkum cəzasının üçdə ikisini çəkəndən sonra ona ərizəylə müraciət etmək imkanı yaranır və bu hüquqdan istifadə edir. Beləliklə, məhkum müraciət edir, amma mexanizmə əsasən Penitensiar Xidmətin nəzdindəki komissiya ərizəyə baxır və rəy verir. Əgər müsbət rəy verilərsə, iş məhkəməyə göndərilir. Görünür, Natiq İmanovun da müraciətinə baxılacaq və sonra məhkəməyə göndəriləcək”.

Natiq İmanov 2018-ci ildə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxslərin qanunsuz hərəkərlərə görə rüşvət alması) maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

O, Bakıda doğulub, 2001-ci ildə yüksək balla Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub, Prezident təqaüdü ilə təltif edilib. Həmin universitetin bakalavr və magistr pillələrini bitirərək 2006-cı ildən etibarən Dövlət Gömrük Komitəsində (DGK) xidmət edib. Rəhbərlik tərəfindən təşəkkür, fəxri fərmanlarla, xüsusi rütbələrlə və nəhayət, 2016-cı ildə “10 illik qüsursuz xidmətə görə döş nişanı” ilə təltif olunub.

Natiq İmanov 2018-ci ilin 6 sentyabrında Dövlət Gömrük Komitəsində keçirilmiş struktur və kadr islahatları zamanı Komitə sədri Səfər Mehdiyevin əmri ilə maliyyə şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Təyinatından 5 gün sonra həbs edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub

Berlin raketlərimizin hədəfindədir - Kremldən şok hədə

“Hikmət, sənə bir həftə vaxt verirəm!” - Foto

Futbol üzrə Avropa çempionatının rəmzi komandası açıqlanıb

Daşkəsənin yeni icra başçısı ictimaiyyətə təqdim olunub

Azərbaycanın Tehrandakı səfirliyinin yeni inzibati binası istifadəyə verilib

2024-cü ilin ən yaxşı müdafiəçisi bəlli olub

Ukraynanın vəziyyəti pisləşir: Ruslar itirdikləri əraziləri geri qaytarır...

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Coratda dənizdə batan gəncin meyiti tapılıb - Yenilənib

Tramp vitse-prezidentliyə namizədinin adını açıqlayıb

Ən çox oxunanalar