Cümə axşamı, 08 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxlanılan məmurlar YAP-dan qovulacaq?

Ötən gün Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev, onun birinci müavini Ramiz Tatarov, daha sonra isə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov korrupsiya hallarına yol verdiklərinə görə həbs ediliblər...

Hər üç şəxs hakim Yeni Azərbaycan Partiyasının üzvüdür. Xüsusilə, Ramiz Tatarovun Ağstafa rayon təşkilatının sədri olması mətbuatda müzakirələrə səbəb oldu. Hətta bu şəxslərin partiya üzvlüyündən kənarlaşdırılmasını təklif edənlər var.

Bəs həmin şəxslərin partiya üzvlüyündən kənarlaşdırılması məsələsinə baxıla

Modern.az saytı bu barədə məlumat əldə etmək üçün hakim partiya ilə əlaqə saxlayıb. Partiyanın mətbuat xidmətindən saytımıza hələlik bu barədə müzakirə aparılmadığı bildirilib.

YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı isə saytımıza bildirib ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir:

“Onların partiya üzvlüyündən kənarlaşdırılması partiyanın ali qurumunun qərarı ilə gerçəkləşə bilər. Partiya rəhbəliyi, İdarə Heyəti necə qərar etsə, elə də olacaq.

Hələlik belə bir təklif yoxdur. Amma partiya üzvülüydən uzaqlaşdırılma halları dəfələrlə olub. 2005-ci il hadisələrindən sonra da bir neçə nəfər partiyadan kənarlaşdırılıb. İstənilən halda qanun alidir”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı kimdir? - Dosye

“Neftçala Aqropark” kimlərə görə və nə üçün faəliyyətə başlaya bilmir?

Paris-2024: Həsrət Cəfərov yarımfinalda azərbaycanlı güləşçi ilə qarşılaşacaq - Yenilənib

Qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradan gömrük işçiləri həbs edilib

İlham Əliyev Berdiyevin vəfatı ilə bağlı başsağlığı verdi

Mərdəkanda 52 yaşlı kişi tüfənglə qətlə yetirilib -  Cinayət işi başlanıb

Poddubnının həlak olması ilə bağlı məlumat təkzib olunub - Yenilənib

Haniyənin ölümü: Şahid hadisənin təfərrüatını danışdı

Pezeşkian Xameneidən İsrailə hücumdan çəkinməyi xahiş edib

İsrailə qarşı ən amansız HƏMAS lideri - Yəhya Sinvar kimdir?

İranlı idmançı Azərbaycan güləşçisini çiynində gəzdirdi - Video

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay