Cümə, 28 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Şapka Mamed” “arxasız” sahibkarları necə çökdürür?

«Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti, Bank Olmayan Kredit Təşkilatı (BOKT), «Turanbank» və Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (ASK) kimi təşkilatların rəhbəri olan Məmməd Qurban oğlu Musayevin fəaliyyəti çoxlarının diqqətini çəkməkdədir.


Çünki onun haqqında səslənən iddialara görə, «Məmməd Musayev tutduğu vəzifənin verdiyi imtiyaz və səlahiyyətlərdən daha çox şəxsi biznesinin çiçəklənməsi üçün faydalanır. Ölkə qanunları və beynəlxalq razılaşmalar əsasında fəaliyyət göstərən iri sahibkarlar bu şəxsi daha çox başqa adla tanıyırlar. Çünki o, kreditlərin verilməsində başqa üsullardan çox istifadə edir. Qazaxlı bank rəhbəri «Aqrarkredit» BOKT-un İdarə Heyətinin sədri olmaqla yanaşı, «Azər-Türk Bank», «Başak-İnam» sığorta şirkəti kimi iri maliyyə qurumlarında, bir neçə böyük tikinti şirkətlərində də pay sahibidir. Bundan başqa, «Şuraabad» Quşçuluq Fabriki də ona məxsusdur. Məmməd Musayev «Maliyyəçi» MMC-nin direktoru Temraz Orucovla qudadır. Onlar tikinti sektorunda şərikli iş görürlər. Məndə olan bilgiyə görə, qudalar Bakının Yasamal rayonu ərazisində bir neçə hündürmərtəbəli yaşayış binası inşa ediblər».

Mənbənin sözlərinə inansaq, Məmməd Musayevin əsas iş ortaqlarından biri Şöhrət Musa oğlu Vəkilovdur. Qeyd edək ki, Şöhrət Vəkilov əslən Qazax rayonundandır. O, 1980-1990-cı illərdə Maliyyə Nazirliyi dövlət gəlirləri və vergi idarəsində iqtisadçı, böyük iqtisadçı, baş müfəttiş işləyib. 1994-ci ilin martından 1999-cu ilin aprelinədək Baş Dövlət Vergi Müfəttişliyinin rəisi vəzifəsində çalışıb. Dövlət orqanlarında tutduğu vəzifələrdən kənarda qalan Şöhrət Vəkilov hazırda bank sektorunda çalışır. Bununla yanaşı, onun Məmməd Musayevlə şərikli biznesi var. Mənbə deyir ki, eyni rayondan olan Məmməd Musayevlə Şöhrət Vəkilov paytaxtın bir çox yerində hündürmərtəbəli yaşayış binaları tikdirirlər. Bu işdə ASK prezidentinə himayəçisi də müəyyən köməklik göstərir: «Onların həyat yoldaşları da bir-biri ilə rəfiqədir. ASK rəhbərinin xanımı Afaq Musayeva ilə keçmiş rəisin həyat yoldaşı Kəmalə Vəkilova çox yaxındır. «Aqrarkredit»in başçısı sahibi olduğu biznes obyektləri sayəsində sanki oliqarxa çevrilib. Onun nəzarəti altında fəaliyyət göstərən təşkilatlar hər ay külli miqdarda gəlir götürür. Təkcə «Turanbank»ın illik qazancı milyonlarla ölçülür.

Bu qurumlardan gələn qazanc hesabına Məmməd Musayev bəzi milyonçularla eyni səviyyədə göstərilir. «Sərin» restoranı da ona məxsusdur. Quba rayonunda bir neçə istirahət mərkəzi var.

Əlindəki imkanlardan istifadə edən Musayev qızının həyat yoldaşını banklardan birinə rəhbər vəzifəyə qoyub. Məmməd Musayev Qazaxın keçmiş prokuroru Firudin Əliyevlə də yaxındır».

Verilən məlumata görə, adıçəkilən şəxs Azərbaycan Sahibkarlar Konfederasiyasına prezident seçiləndən sonra sahibkarların qara günləri başlayıb. Mənbənin dediyinə görə, ASK prezidenti ilk gündəncə iş adamları arasında ayrıseçkilik salıb:

«O, yuxarıda adamı olan sahibkarların fəaliyyətinə heç bir müdaxilə edə bilmir. Digərlərinə qarşı isə amansız münasibət göstərilir. Konfederasiya rəhbəri quruma üzv olmayan gücsüz sahibkarları da müxtəlif yollarla sıradan çıxarır. Məmməd Musayev ASK-ya üzv olan sahibkarların sayının artmasında maraqlıdır. Çünki üzvlük haqqı kimi alınan məbləğ təşkilatın büdcəsinə yox, birbaşa onun cibinə gedir. Bəzi sahibkarlıq subyektləri ildə 10-15 min manat üzvlük haqqı ödəyir. Bunun qarşılığında ASK rəhbərliyi onlara kifayət qədər dəstək ola bilmir. Çünki Məmməd Musayev milyonlar qazansa da, Azərbaycan Sahibkarlar Konfederasiyası   fəaliyyətsiz təşkilatdır. Burda işləyən şəxslərə çox cüzi miqdarda əmək haqqı verilir. «Aqrarkredit», «Turanbank”, “Azər-Türk Bank”, “Başak-İnam” sığorta şirkəti haqqında danışdığım insanın biznes planlarının icra olunduğu obyektlərdir».

Deyilənə görə, Məmməd Musayev dara düşən kimi nazirlərdən birinin adını çəkir. Yəni, dolayı yolla həmin şəxs tərəfindən himayə olunduğunu demək istəyir. Ancaq unudur ki, onu sıradan çıxarmaq istəsələr, arxasında kimin dayanıb-dayanmadığına fikir verməyəcəklər. Eyni zamanda bəzi mənbələr bunun əksini söyləyir. Məlumatlı mənbə bildirir ki, M.Musayevin iddia olunduğu kimi Kamaləddin Heydərovla bağlılığı yoxdur. O, prezidentin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundovun yaxın adamıdır. Aldığımız məlumata görə, məhz Cənab Musayev V.Axundovla isti münasibətləri sayəsində ölkə rəhbərliyinə çıxış əldə edib və yüksəlib.  Ancaq zamanında yüksəldənlər endirməsini də bilirlər.

Redaksiyamızı bilgiləndirən mənbə deyir ki, Məmməd Musayev sahibkarlar arasında «şapka Mamed» ayaması ilə tanınır. Deyilənə görə, onun bu ayamanı almasının səbəbi «Aqrarkredit» qeyri-bank kredit təşkilatı İdarə Heyətinin sədri olarkən heç bir sahibkara «şapka»sız kredit verməməsi ilə bağlıdır.  (azerinfo.org)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı Neftçalada “Aqropark”ın fəaliyyətə başlamasını niyə istəmir?

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə görüşüb - Yenilənib

Pensiyaçılara sevindirici xəbər: Artımın məbləği açıqlandı - Video

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - Yenilənib

Sumqayıtda yanğın zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib

Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi Konstitusiyaya uyğundur - Qərar, Yenilənib

Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi Adıgözəl Qasımov dəfn edilib - Yenilənib

Cəlilabadda su anbarında batan 11 yaşlı uşağın meyiti çıxarılıb - Yenilənib

Rusiya hərbi gəmiləri Bakı buxtasında - Fotolar

"Dəyəri 13 min olsa da, yeddi min manata belə yaxın duran yoxdur" - Taksi sürücüsü şikayətləndi

Ən çox oxunanalar