Çərşənbə, 03 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər?”

Mübariz Mənsimovun şirkəti təkzib etdi

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun sahib olduğu “Palmali” şirkətlər qrupuna daxil “Palmali Maritime Shipping” gəmiçilik şirkəti İran neftinin Amerika sanksiyalarını yan keçməklə Suriyaya daşınması prosesində iştirak etməsi ilə bağlı xəbər yayılıb.

Xəbərdə iddia edilir ki, “Palmali”nin idarəçiliyi altında olan tankerlər 2015-2017-ci illərdə Suriyaya xam neft və neft məhsulları daşıyıb. Güya buna görə də ABŞ Maliyyə Nazirliyi son üç il ərzində Suriyaya qarşı tətbiq edilmiş embarqonun pozulması baxımından “Palmali”nin fəaliyyətini araşdırır.

“Palmali” şirkətlər qrupu yayılan xəbəri təkzib edərək bəyan edib ki, bütün bunlar şirkətin imicinə zərər vurmaq cəhdindən başqa bir şey deyil:

“Palmali”nin həyata keçirdiyi son investisiya layihələri bəlli olan insanları və qurumları qıcıqlandırmağa başlayıb. Elə ona görə də Azərbaycandan keçib indi də Türkiyədəki kiçik saytlar vasitəsilə yalan xəbərlər dərc etməyə başlayıblar ki, sonradan mənbə kimi göstərə bilsinlər. Bu, məqsədli şəkildə yazılan yalan xəbərdir. Bütün bunlar imicimizə zərər vurmaq və işlərimizdə problem yaratmaq üçün edilir. Bunun arxasında kimlərin dayandığını çox gözəl bilirik. “Palmali” Holding sanksiya qoyulan heç bir ölkə ilə işləmir və işləməyəcək. Amerikada da yeni ofisimizi açırıq, proses artıq başa çatmaq üzrədir. Bizdə hər şey qanun çərçivəsində və şəffaf işləyir. Elə ona görə də dünyanın ən böyük və etibarlı şirkətləri sırasında yer alırıq. Sanksiya tətbiq olunan şirkət ABŞ-da ofis aça bilər? Adı çəkilən gəmilərin heç birinin “Palmali”yə aidiyyatı yoxdur”.(AzToday.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Etirazlara səbəb olan Azərbaycan filmi hansıdır?

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Hotellərdən fantastik qiymətə mənzil alanların sayı artıb

İyulda gözlənilən maqnit qasırğaları: Nə vaxt olacaq?

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Şəhidin arvadı və uşaqları oğurlanıb? - Polisdən açıqlama

Ən çox oxunanalar