Cümə axşamı, 04 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şamaxıda 14 yaşlı qıza təcavüz edildi, qurumlar hərəkətə keçdi

İddia edilib ki, oğlanın həbs edilməməsi üçün ailəsi qıza elçi düşüb...

Şamaxı rayonunda 2008-ci il təvəllüdlü qıza təcavüz olunub.

Hadisə rayonun Göylər kəndində qeydə alınıb.

Belə ki, 1998-ci il təvvəllüdlü şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Sosial şəbəkələrdə iddia edilib ki, oğlanın həbs edilməməsi üçün ailəsi qıza elçi düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb:

“Əməli törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, artıq ailənin təhlükəsizliyi təmin olunub:

Şamaxı Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası tərəfindən bizə verilən məlumata görə, artıq faktla bağlı cinayət işi açılıb, şəxs saxlanılıb və istintaq aparılır. Ailənin təhlükəsizliyi təmin edilib. Bizim üçün əsas məsələ uşağın təhlükəsizliyidir. Hazırda yeniyetmənin sığınacağa yerləşdirilməsi üçün danışıqlar aparılır. Məsələ aidiyyəti qurumların nəzarətindədir”.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

AVRO-2024: Türkiyə millisi 1/4 finala yüksələn sonuncu komanda olub - Yenilənib

Siyavuş Novruzovdan haqqında yayılan xəbərlə bağlı açıqlama - Yenilənib

Astanada Azərbaycan Prezidenti, Türkiyə Prezidenti və Pakistanın Baş naziri arasında üçtərəfli görüş keçirilib -Yenilənib

Astanada Azərbaycan və Çin liderlərinin görüşü keçirilib - Yenilənib

Astanada Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub - Yenilənib

Azərbaycanda bu bahalı əməliyyatlar ödənişsiz olacaq - Rəsmi açıqlama

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib

Kiberdələduzlar bu dəfə tələbələri hədəf seçib - Xəbərdarlıq

Futbol üzrə dünya çempionatının final oyununun keçiriləcəyi yer açıqlandı

Komitə: 4 uşağını küçəyə atdığı deyilən qadının kimliyi müəyyən olunub

Ən çox oxunanalar