Şənbə, 27 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Salyanda bankomatdan oğurluq edən şəxslər saxlanılıb

Salyanda oğurluq hadisəsi baş verib

ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarabağlı kənd sakini, Məmmədov Elmir Rəcəbəli oğlu və Qırxçıraq kənd sakini Vəliyev Əflatun Xəlil oğlu şübhəli şəxs qismində saxlanılıb.

İlkin istintaq zamanı məlum olub ki, Elmir Məmmədov tanışı Əflatun Vəliyevlə qabaqcadan əlbir olaraq bu il aprelin 1-də rayonun Kərimbəyli kəndindəki mağazaların birində quraşdırılmış MilliÖn ödəmə terminalını sındıraraq pul kassasını oğurlamaq istəsələr də cəhdləri baş tutmayıb. Elmir Məmmədovun isə törətdiyi daha bir cinayətin üstü açılıb. Məlum olub ki, o, fevralın 13-də həmin mağazadakı MilliÖn ödəmə terminalını sındırmaq yolu ilə kassanı oğurlayıb, içindəki 3894 manat pulu götürüb. E. Məmmədov izi itirmək məqsədi ilə kassanı yaxınlıqdakı Axmaz gölə atıb. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər. Axmaz gölə atılan kassa isə maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dolları olanlar mütləq bu xəbəri oxusun - Vacib açıqlama

Rəşad Nəbiyevin uğursuz taksi islahatı… – yuxarıları aldatmaq cəhdi, yoxsa səriştəsiz fəaliyyət…

Ziya Məmmədovun qardaşından sensasion açıqlama

Üzümü bu qidalarla birgə yemək olmaz! – Dietoloqdan xəbərdarlıq

Pentaqon Çinin "Sinovac" peyvəndinin diskreditasiyası ilə məşğul olduğunu etiraf edib

Borrell Çinin xarici işlər naziri ilə görüşüb

Tofiq Yaqublunun məhkəməsində ittiham aktı elan olunub

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi başlayıb

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - Yenilənib

Ən çox oxunanalar