Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahinin qardaşı kimi tanıdım…


Azər Qaramanlının 50 yaşına


Onu ən çətin vaxtlarımda tanıdım.

 İtkimiz o qədər ağır, o qədər böyük idi ki, heç özümüzə gələ bilmirdik. Azəri ilk dəfə ölməz dostum Şahin Ağabəylinin yas məclisində gördüm. Sonra yanvarın 27-si 2011-ci ildə Şahinsiz Şahin gününü qeyd etdiyimiz gündə. İllər keçdi, gördüm ki, ən çətin anlarımda gördüyüm adam ən çətin anlarımda yanımdadı. Eynən Şahin kimi, Ağabəy kimi.

azer1

Rəhmətlik dostumuz Elçin Səlcuqun bir sözü vardı. Hər zaman dostum Nazim Sabiroğluna deyərdi ki, səni Hikmət Sabiroğlunun qardaşı kimi tanıdım Nazim kimi çox istədim.

Allah Elçinə, Şahinə dünyasını dəyişmiş başqa dostlarımıza rəhmət eləsin. Bu sözdə böyük məna var. Azər Qaramanlını mənim üçün həmişə yaşar dostumun qardaşı kimi tanıdım, Azər kimi çox istədim. Azər Qaramanlı bu istəyi həm də, özü qazandı. Əvvəldə yazmışam Azəri ən ağır vaxtlarımda tanıdım. O ağrı bir başqa ağrıdı və hələ də, ürəkdə sızlayır.

Sonradan gördüm ki, Azər elə ağır günlərin ADAMIDI. Azər əsl adam kimi ADAMDI. Ağır günün, dar günün dostudu.

Azərə böyük hörmətim, istəyim həm də, onunla bağlıdır ki, qardaşımızın ruhuna olan hörməti, ehtiramı hər zaman qoruyub saxlaya bildi.

Şahindən sonra mənə onun üç əmanəti qalmışdı. PİA.AZ saytı, Elmin Bədəlov, Anar Gəraylı. Güçüm çatan qədər sahib çıxdım. Ən əsası Şahinin layihəsinin davamı idi və əlimizdən gələni etdik sona da Azər gəldi və bunu qoruyub saxlamağı, böyütməyi bacardı. Şahinin istəklərinin, layihələrini, o məşhum 2010-cu il oktyabrın 27-də baş verən qəzada ölməsinə imkan vermədi. Ən azından buna görə sənə minnətdaram qardaş. Nə qədər Şahinin layihələri yaşayır, buna görə həm də sənə borcluyuq.

Bacardın bunu. Bu gün 50 yaşın tamam olur. Səni təbrik edirəm, həm də özümü. Sənin sevincli günlərin həm də, mənim şad günümdü. İnsan dostları ilə böyük olur. Təbii ki, böyük insanlarla bir yerdə olmaq, hər zaman elə böyük olmaq deməkdi.

Şahinlə bizim bir musiqimiz var idi, Ahmet Kayanın Bülənt Ecevitə oxuduğu “Yorğun demokrat”. Sonralar o musiqini biz də çox dinlədik və dinləyirik. Amma sən yorğun demokrat deyilsən. İşinə məsuliyyətli, qoçaq, yorulmaz, əzmikar bir demokratsan.

Mehman Cavadoğlu hər zaman deyir ki, hər kəs öz istedadının çörəyini yeyir. Sən də çox istedadlı, mütaliəli bacarıqlı bir qardaşsan. Sən Mənim üçün Azər Qaramanlı yox, AZƏR ŞAHİNSƏN. Adətən təbrik yaza bilmirəm, az yazdım ürəyimdən gələn bu qədər oldu.
Adında Azərbaycan sözünün yarısı var – AZƏR.
Təbrilkər AZƏR ŞAHİNİM!!!

Zabil MÜQABİLOĞLU

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar