Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ÜST rəhbəri İsraili Rəfahda quru əməliyyatı keçirməməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Ghebreyesus İsrail rəhbərliyini Rəfahda quru əməliyyatı keçirmək fikrindən əl çəkməyə çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Qebreyesus X sosial şəbəkəsində yazıb. ÜST rəhbəri qeyd edib ki, Rəfahın işğalı humanitar fəlakətlə nəticələnəcək.

“Biz İsraili davam etməməyə çağırırıq. Biz bütün tərəfləri atəşkəs və davamlı sülh üçün səy göstərməyə çağırırıq”, deyə Qebreyesus X sosial şəbəkəsində yazıb.

Qebreyesusun müraciəti onun Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini ilə görüşündən sonra dərc edilib. Görüşdə Qəzza zolağında humanitar blokadanın aradan qaldırılması üzrə tədbirlər, həmçinin anklavda xəstəliklərin yayılması riskləri müzakirə edilib.

Qeyd edək ki, aprelin 30-da İsrailin baş naziri Benyamin Netanyahu girovların azad edilməsi üçün HƏMAS-la danışıqların nəticəsindən asılı olmayaraq, İsrail hərbi qüvvələrinin Qəzza zolağının Rəfah şəhərində əməliyyat keçirəcəyini bildirib. Netanyahu həmçinin qeyd edib ki, İsrailin “HƏMAS üzərində tam qələbəyə nail olması üçün” Rəfah əməliyyatına ehtiyacı var.

Xatırladaq ki, aprelin 29-da İsrail və HƏMAS arasında aparılan danışıqlar zamanı yaraqlılara 40 günlük atəşkəs və girovların mübadiləsi təklif olunub. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, HƏMAS-ın razılaşmaya razı olması İsrailin Rəfahdakı əməliyyatını gecikdirə bilər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycan Prezidenti: Qələbəmiz göstərdi ki, ədalətsizliyə qarşı mübarizə aparmaq mümkündür

Ən çox oxunanalar