Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İlham Əliyevin mətbuatdan sitatı

Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir



Azərbaycanda çox pis bir ənənə var. Sanki hər kəs gözləyir ki, hər bir məsələyə ölkə rəhbərliyi səviyyəsində müdaxilə edildikdən, münasibət bildirildikdən sonra həmin məsələ ilə bağlı müzakirələr başlasın və addımlar atılsın. Bu, dövlət qurumlarının məsul olduqları sahələrdəki problemlərə onların münasibətində özünü xüsusilə göstərir.

Hər hansı bir sahədəki problemlər mətbuat tərəfindən gündəmə gətirilir, cəmiyyətin müxtəlif təbəqələrinin etirazları ortaya qoyulur, amma dövlət qurumlarının rəhbərləri bütün bunları qulaq ardına vurur. Üzərilərinə düşən vəzifələri yerinə yetirməyərək hər hansı problemlə bağlı narazılığı daha da artırırlar. Elə ki, ölkə rəhbərliyi səviyyəsində bu problemlərə münasibət bildirildi, başlayırlar prezidentin qaldırdığı məsələləri təkrarlamağa.

Bu, yumurtanın bahalaşmasından, Qarabağ qazilərinin problemlərindən tutmuş bütün məsələləri əhatə edir.

İllərlə problemləri inkar edənlərin yaddaşı sanki ölkə başçısının məsələlərə müdaxiləsindən sonra təzələnir. Yadlarına düşür ki, filan sahədə, filan problem var və kimi dindirirsən, həmin məsələdən danışır. İllərlə xalqı saymayanlar xalqın xidmətçisi olduqlarını deyirlər. Amma yenə daha çox danışırlar, əməli işə gələndə Tağı Əhmədovun dediyi kimi hərəkət edirlər.

Bu isə həm elə təmsil olduqları hakimiyyəti, həm də xalqı ələ salmaqdır. Bu məsələnin bir tərəfi. 

Məsələnin çox ciddi olan başqa bir tərəfi də var. İlham Əliyev son illər keçirdiyi toplantılarda, xüsusən də son müşavirədəki çıxışı zamanı məmurlara təpinərkən mətbuatın yazdıqlarına ciddi şəkildə diqqət çəkir. Elə son müşavirədəki çıxışında da mətbuatın bütövlükdə ölkədə, xüsusən də Bakıda aparılan “yaşıl soyqırım” haqda yazdıqlarından danışdı, hətta konkret  sitatlar gətirdi. Prezidentin həmin çıxışına bir daha nəzər yetirək:  “İctimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha da müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Bu fikirlərdə konkret cümlələr var ki, onlar dəfələrlə məhz ölkənin ən tirajlı qəzetlərinin səhifələrində yer alıb.
Bu, bir neçə baxımdan önəmlidir. Həm onu göstərir ki, İlham Əliyev ölkə mətbuatını ciddi şəkildə izləyir, həm də vaxtaşırı yazılanlara reaksiya verir.

Ölkə başçısının bununla bağlı dediklərinin digər açması da var. Bu da ondan ibarətdir ki, İlham Əliyev məmurlara “siz öz qanunsuz əməllərinizi ört-basdır eləməyə çalışsanız da, mən mətbuatı izləyirəm və bundan xəbər tuturam” mesajını verir.

Bunun özü ciddi məsələdir və istənilən halda ölkə başçısının ad çəkmədən belə mətbuatdan sitatlar gətirməsi medianın cəmiyyətdəki roluna verilən qiymətdi.
Yeri gəlmişkən, dünən məlumat yayıldı ki, Nəbatat bağında ağacların kəsilməsi ilə bağlı artıq cinayət işi açılıb. Bunun üçün mütləq prezident müşavirəsimi çağrılmalıydı?

Zabil MÜQABİLOĞLU


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar