Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-dan “seçkinin tanınmayacağı” mesajı

Azərbaycandakı prezident seçkiləri ərəfəsində uzun müddət susqunluq göstərən ABŞ-ın son günlərdə bu istiqamətdə hərəkətə keçdiyi müşahidə olunacaq


ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın bir müddət əvvəl Bakıya səfəri zamanı İlham Əliyevin üçüncü dəfə namizədliyinin onlar üçün qırmızı xətt olduğunu bəyan etməsi istisna olmaqla bu müddətdə Amerikadan seçkilərə yönəlik nə elə bir ciddi addım atılıb, nə də hansısa bəyanat səsləndirilib.

Son vaxtlar isə bunun əksi müşahidə olunur. Bu fəallıq ilk növbədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın müxalifətlə təmaslarında, ölkənin müxtəlif bölgələrinə səfərlər etməsində özünün göstərir. Morninqstar bir neçə ay əvvəllə müqayisədə indi daha fəal görünür.

Elə Vaşinqtonun özündəki hərəkətlilik, həmçinin Obama administrasiyasının siyasətini dünyaya çatdıran və zaman-zaman ABŞ-ın prioritetlərini açıqlayan rəsmi şəxslərin son açıqlamaları da seçkiyə bir neçə gün qalmış ABŞ-ın fəallaşmasına sübut sayıla bilər.
Təkcə son üç gündə ABŞ siyasətinin müəyyənləşməsində ciddi şəkildə rol alan üç şəxs tərəfindən Azərbaycandakı seçkilər və vəziyyətlə bağlı ciddi bəyanatlar, mesajlar verilib.

Öncə sentyabrın əvvəllərində Azərbaycana səfər etmək istəyən amma ölkəyə buraxılmayan Tomas Melianın ATƏT-in Varşavadakı tədbirindəki çıxışına nəzər salaq. Amerikalı diplomat açıq mətnlə deyib ki, Azərbaycanın böhtana görə cinayət cəzası da daxil olmaqla, internetə qanunverici məhdudiyyətlər tətbiq etməsi bir neçə jurnalistin və bloggerin həbs olunduğu ölkədə ifadə azadlığının boğulmasıdır. Melia habelə ATƏT-ə üzv olan ölkələrin həmin tədbirdə iştirak edən təmsilçilərinin diqqətini Azərbaycandakı vəziyyətə yönəldərək rəsmi Bakını bu və digər faktları araşdırmağa çağırıb.

Bunun ardınca BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ABŞ dövlət katibinin müavini Vendi Şermanın görüşündə əsas müzakirə mövzusu prezident seçkiləri ərəfəsində Azərbaycandakı vəziyyət olub. Diplomatik kanalların məlumatlarına görə, bu görüşdə də Obama administrasiyası adından hakimiyyətə çox ciddi mesajlar verilib, Vaşinqtonun seçkilərdən konkret gözləntiləri çatdırılıb.

Ancaq qeyd etdiyimiz kimi, bu son üç gündə hakimiyyətə üç ciddi mesaj verilib. Bunlardan daha ciddisi və birbaşa hakimiyyətə xəbərdarlıq kimi qiymətləndirilə biləcək mesajı ABŞ-ın ATƏT-dəki yeni səfiri Daniel Baer verib. Azərbaycanda vəziyyətin çox mürəkkəb olduğuna diqqət çəkən səfir vətəndaş cəmiyyəti üzvlərini ciddi təzyiqlərə məruz qaldığını, mediaya heyrətamiz təzyiqlərin olduğunu söylədikdən sonra verdiyi mesajı seçkinin nəticələrinin tanınmasının əsas şərti kimi qəbul etmək olar: “Azərbaycanda seçkinin nəticəsinə etibar edilməsi, şübhə edilməməsi üçün insanların ilk verəcəyi sual o olacaq ki, bu seçkidən öncə azad media mühiti vardımı?”

Bu, ABŞ-ın ATƏT-ə üzv ölkələrlə bağlı əsas prioritetlərini açıqlayan bir şəxs vasitəsilə hakimiyyətə verilən konkret mesajdır. Diplomatik dildə verilən bu mesajın tərcüməsi odur ki, ABŞ üçün seçkinin nəticələrinin tanınması üçün başlıca şərt azad media mühitinin olması, xüsusən də, Amerika radiostansiyalarına və onların əməkdaşlarına qarşı təzyiqlərə son qoyulması, onları təqib edənlərin cəzalandırılması olacaq.

Bəs niyə ABŞ seçkiyə sayılı günlər qalmış hərəkətə keçdi? Belə düşünmək olar ki, Vaşinqton Amerikanın Azərbaycanda və bütövlükdə regionda təsir imkanlarını itirməsi və proseslərə heç bir yön vermək gücünün qalmaması ilə bağlı dünyada getdikcə möhkəmlənən fikirlərlə razılaşmaq istəmir. Eyni zamanda ya zəlzələdən, ya vəlvələdən Azərbaycanda müəyyən mövqelər, imkanlar itirilsə də, 9 oktyabr prezident seçkilərindən tam kənarlaşdırılmış formada çıxmaq istəmir. Buna görə də, hakimiyyətə basqılara başlayır və diplomatik dillə ona çatdırır ki, hələ qarşıda bir neçə mərhələ var. Seçkinin keçirilməsi və ondan da elə asan məsələ olmayan nəticələrin hər kəsə tanıtdırılması mərhələsi.

Konkret olaraq Daniel Baerin dedikləri ona işarədir ki, saya salınmayacağı təqdirdə ABŞ ən azından seçki sonrası nəticələrin tanınması mərhələsində hakimiyyətə ciddi problemlər yarada bilər. İndi söz hakimiyyətindi. Görək ABŞ-a cavabları necə olacaq.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Arif Məmmədov kimdən tövsiyə alır - Üstüörtülü açıqlamanın açıq sualları

Ən çox oxunanalar