Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İsrail HƏMAS-la danışıqlar üçün Qahirəyə heyət göndərməyə hazırdır

İsrail Qəzza zolağında yeni atəşkəs təklifi ilə bağlı HƏMAS-la danışıqlar aparmaq üçün Qahirəyə nümayəndə heyəti göndərməyi planlaşdırır...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri İsrail və Misir rəsmilərinə istinadən məlumat yayıb.

Misir təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, HƏMAS nümayəndə heyəti bazar ertəsi, aprelin 29-da Qahirəni tərk edib və atəşkəs təklifinə yazılı cavabla qayıdacaq. WSJ qeyd edir ki, ərəb vasitəçilər İsrailin Rəfahda planlaşdırdığı hərbi əməliyyat ərəfəsində HƏMAS-ı atəşkəs şərtlərini qəbul etməyə sövq edir. Həmas-ın sözçüsü Əbdül Lətif əl-Qanu Fələstin xalqının tələblərinin, o cümlədən daimi atəşkəs, Qəzza zolağından qoşunların çıxarılması və qaçqınların geri qaytarılması tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Misir mənbələri nəşrə bildiriblər ki, Mossad kəşfiyyatının rəhbəri David Barnea ərəb vasitəçilərinin hərbi əməliyyatların dayandırılması müqabilində girovların azad edilməsinə dair razılaşmanın təfərrüatlarını HƏMAS-a ötürməsindən sonra bu həftə Qahirəyə səfər etməyi düşünür. Mənbənin sözlərinə görə, İsrail nümayəndə heyəti göndərə bilər, lakin bu, danışıqlardakı inkişafdan asılıdır.

Qeyd edilir ki, Misirin vasitəçiliyi ilə İsrail son atəşkəs təklifini irəli sürərək, İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərində quru əməliyyatına başlamazdan əvvəl atəşkəs üçün "son şans" olduğunu xəbərdar edib.

Xatırladaq ki, aprelin 29-da İsrail və HƏMAS arasında aparılan danışıqlar zamanı yaraqlılara 40 günlük atəşkəs və girovların mübadiləsi təklif olunub. ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, HƏMAS-ın razılaşmaya razı olması İsrailin Rəfahdakı əməliyyatını gecikdirə bilər.

Dünən, aprelin 30-da İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, girovların azad edilməsi ilə bağlı HƏMAS-la danışıqların nəticəsindən asılı olmayaraq, İsrail hərbi qüvvələri Qəzza zolağının Rəfah şəhərində əməliyyat keçirəcək. Baş nazir qeyd edib ki, İsrailin HƏMAS üzərində tam qələbəyə nail olmaq üçün Rəfah əməliyyatına ehtiyacı var.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar