Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Türk ədəbiyyatı jurnalının” Şah İsmayıl Xətaiyə həsr etdiyi yeni sayı işıq üzü gördü

Türk Ədəbiyyatı Vəqfinin yayımladığı “Türk ədəbiyyatı jurnalı” 1972 -ci ildə Əhməd Kabaklı tərəfindən təsis olunub və bu günədək fasiləsiz olaraq hər ay yeni nömrələri ilə oxucularını sevindirməkdə davam edir...

52 yaşlı bu jurnal artıq üç ildir ki, tanınmış yazıçı, tərcüməçi İmdat Avşarın baş redaktorluğu ilə işıq üzü görür.

Jurnalın may ayı buraxılışı ölümünün 500-cü ildönümündə, xüsusi olaraq Şah İsmayıl Xətaiyə həsr olunub.

Şah İsmayıl Xətai ilk dəfə türk dilini rəsmi dövlət dili elan edən dövlət başçısı kimi tanınır və o, ilk dəfə türk dilində, heca vəznində şeir yazan şairdir. Onun türk dilində yazdığı bir-birindən gözəl şeirlər fars dilinin ikinci plana keçməsinə səbəb olmuşdur.

“Türk ədəbiyyatı jurnalının” yeni buraxılışında 14 yaşında hakimiyyətə gələn, on dörd il ərzində 14 eli birləşdirərək Səfəvi dövlətini yaradan hökmdar şair haqqında bir-birindən maraqlı yazılar ,elmi araşdırmalar və müəllifin öz şeirləri yer almışdır.

Jurnalda yer alan bütün rəsmlər Azərbaycanlı, istedadlı rəssam Pəri Miniatürə aiddir.

Azərbaycan ədəbiyyatının önəmli simalarını və gənc istedadlarını müntəzəm olaraq işıqlandıran, onlara doğma ocağında qucaq açan, Türkiyə ilə Azərbaycan arasında ədəbi körpülər inşa edən, Azərbaycan sevdalısı, dəyərli insan, şeirləri nəğmələrə çevrilib dillər əzbəri olan, sevilən şair, “Türk ədəbiyyatı Vəqfinin” rəhbəri Sərhad Kabaklı bəyə , jurnalın baş redaktoru ,tanınmış yazıçı ,tərcüməçi İmdat Avşara və redaksiya heyətinə sonsuz təşəkkürümüzü bildiririk.(mustaqil.az)

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar