Çərşənbə, 10 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ülviyyə Fətəliyeva: “Bütün gözləntilərimi kənara qoymuşdum” - Foto

Yunanıstanda keçirilən Avropa çempionatında qalib olan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Vətənə qayıdıb...

Şahmatçımızı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər qarşılayıblar.

O, jurnalistlərə yarışla bağlı təəssüratlarını bölüşüb:

“Yarış və hazırlıq prosesimiz çox gərgin keçmişdi. Hazırda tarixə imza atdığım üçün çox qürurlu və sevincli hiss edirəm. Bu nəticəni mən çoxdandır ki, gözləyirdim. Lakin bu yarışlarda bütün gözləntilərimi kənara qoymuşdum, sadəcə yaxşı şahmat oynamağa fokuslanmışdım, bu da öz nəticəsini göstərdi”.

Qrosmeyster bu qələbəsini gənc idmançılara həsr etdiyini bildirib:

“Mən ilk sevincimi federasiyanın rəhbəri Mahir Məmmədovla bölüşdüm. Qələbəmi isə gənc şahmatçılara həsr edirəm. Ümid edirəm ki, həmin qələbə gələcək nəsilləri ruhlandırar. Qeyd etmək istəyirəm ki, diqqət göstərib təbrik edən Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Bu, çox dəyərli və qürurverici idi”.

Qeyd edək ki, Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatının qalibi olan 27 yaşlı qrosmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bayram Yusifov “YAP”-a qarşı – Deputat olacağam….

"Tanrının Alla Puqaçovanın məsləhətinə ehtiyacı yoxdur" - Zaxarova

156 nəfər deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanın iki rayonunda internetin işində yaranan problem həll olunub - Yenilənib

Adil Əliyevin deputat səlahiyyətlərinə xitam verilib - Yenilənib

Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Foto, Yenilənib

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibləri qarşılaşıb

"Qarabağ" yoxlama görüşündə qələbə qazanıb

AVRO-2024: İlk yarımfinal görüşü start götürüb

Ən çox oxunanalar